Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda torpaq qiymətləri –1 sotu 500 min manatdan yuxarı

2016-cı il ərzində Bakıda torpaq bazarında həm aktivlik aşağı səviyyədə olub, həm də qiymətlərdə azalma müşahidə olunub.

Xeberinfo.com:   Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, son vaxtlar torpaq sahələrinə marağın kəskin şəkildə azalması müşahidə olunur: “Əvvəllər fərdi yaşayış evlərinin tikintisi ön sırada dururdu, amma indi fərdi yaşayış evlərinin tikintisində də ciddi geriləmələr müşahidə olunur. Kiçik torpaqlara maraq xeyli dərəcədə azalıb. Bütövlükdə bu, torpaq bazarına mənfi təsir göstərib. İl ərzində bazar üzrə 30 faizdən çox qiymət azalması müşahidə olunub. Əsas qiymət azalması ilin ikinci yarısında baş verib”.

Eskpert vurğulayıb ki, məhz ilin ikinci yarısında torpaq qiymətlərinin azalmasının dəqiq səbəblərini tam olaraq təhlil etmək hələ ki, mümkün deyil: “Bu, makroiqtisadi göstəricilərlə və digər məsələlərlə müşahidə oluna bilər, amma bu prosesin bizə məlum olmayan tərəfləri də var. Səbəblərdən biri də odur ki, insanlar sənədsiz torpaqlara əvvəllər pul qoymaqdan çəkinmirdilər və bunun risklərini o qədər də nəzərə almırdılar. Ancaq son dövrlərdə bu risklər ciddi nəzərə alınır”.

R.Osmanlının fikrincə, torpaq bazarında qiymətlərin azalmasının digər bir səbəbi də dövlət əmlakının özəlləşdirilməsi zamanı xeyli sayda boş torpaq sahələrinin özəlləşdirilməsidir: “2016-cı il ərzində ayrı-ayrı ərazilərdə təqribən 1500-dən artıq torpaq sahələri özəlləşməyə çıxarılıb. Bu isə torpaq bazarında təklifi xeyli dərəcədə artırıb”.

Bakıda ən bahalı və ən ucuz torpaq sahələrinə gəlincə isə R.Osmanl bildirib ki, ən bahalı torpaq sahəsinin bir sotu 500 min manatdan yuxarıdır, ən ucuz torpaq sahəsinin isə qiyməti 1500 manatdan başlayır: “Ən bahalı torpaq sahələri paytaxtın Səbail və Nəsimi rayonlarında mərkəzə yaxın və mərkəz hissələrdədir. Ucuz torpaq sahələri isə daha çox bağ massivlərində – Buzovnadan Maştağaya gedən yolun içəri hissələrində, Binə qəsəbəsində və Qaladadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam