Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“Tonu 50 dollara da tranzit olar?”

1443438170_natiq-ceferli

“Sanki yükü vaqonla yox, «Mazeratti» ilə daşıyacaqlar”

Xeberinfo.com:  REAL hərəkatı İdarə Heyətinin üzvü. iqtisadçı Natiq Cəfərli «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanovun iqtisadi göstəricilərlə bağlı açıqlamasına Facebook səhifəsindən mövqe bildirib.
«Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov bu günlər verdiyi müsahibələrin birində qeyd edib ki, yaxın zamanda Azərbaycan tək dəmiryolu ilə yükdaşımalardan ildə 2.5 milyard dollar pul qazanacaq. İqtisadçı isə qatarlarla ildə 50 milyon ton yük daşınacağını ciddiyə almır:

1461186498_6«Bu ilin yanvar-iyul aylarında ölkə üzərindən yükdaşımaların statistikası açıqlanıb. Deməli, dəmir yolları ilə yükdaşımalar bu aylar ərzində keçən ilin eyni dövrünə görə 18.5 faiz azalıb. Cəmi 700 min ton yük daşınıb. Tutalım ildə olsun 1.5 mln. ton, Şimal-Cənub yolu və Bakı-Axalkalaki-Qars açılandan sonra bu rəqəm 8-10 dəfə artsın (bu mümkün görünmür, çünki bu yolların ciddi alternativləri var). Bu da 10-15 mln. ton edəcək, amma heç bir hesablama 50 mln. tona çatmır».
N.Cəfərli C.Qurbanovun tranzit olaraq Azərbaycanın hər ton yükdən 50 dollar qazanacağı haqda fikirlərini də ciddi saymır: «Elə hesablama aparırlar ki, sanki yükü vaqonla yox, «Mazeratti» ilə daşıyacaqlar. Tonu 50 dollara da vaqona tranzit xərci olar?! Bir vaqon (70-75 ton) mal Çindən Avropaya indi 5-6 minə gedir, bizimkilər isə cəmi 500 km ərazimizdən keçən vaqona 3500 dollar pul almaq istəyirlər? Bunlar kimi aldadır axı?».

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam