Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsiHANSIDIR?

 Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,9 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artım müşahidə olunub

Yenixeber.org: Yüklərin 4,2 faizi dəniz, 6,4 faizi dəmir yolu, 0,1 faizi hava, 61,1 faizi avtomobil nəqliyyatı, 28,2 faizi isə boru kəməri ilə daşınıb.
Hesabat dövründə nəqliyyatçılar 619,9 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,2 faizi avtomobil nəqliyyatı, 12,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-aprel ayları ərzində 4,4 milyon ton yük, 828,4 min sərnişin daşınıb, 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7 faiz azalma, sərnişin daşınmasında isə 3,2 faiz artım müşahidə olunub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi olan avtomobil nəqliyyatı ilə 41,5 milyon ton yük, 540,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,5 faiz və 1,4 faiz artım qeydə alınıb. Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,5 faiz artaraq 77,8 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 648,8 min və ya 6,8 faiz çox sərnişin daşınıb. Bu nəqliyyat növü ilə yükdaşıma 40,5 faiz artaraq 70,4 min tona çatıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam