Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Gömrükçülər külli miqdarda narkotik tutublar - VİDEO

Gömrükçülər külli miqdarda narkotik tutublar - VİDEO
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin realizə edilməsinin qarşısı alınıb.
Yenixeber.org: Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Abşeron rayonu, Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Cəfərov Mehman Qardaş oğlu saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi 1 ədəd sellofan torbada, 5 ədəd bağlamada, qablaşdırılma ilə birlikdə çəkisi 5 kiloqram 26 qram olan narkotik vasitə - həşiş aşkar edilib.



Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsində əli olan digər Azərbaycan Respublikası vətəndaşı Yüsübov Əbülfət Abdulhüseyn oğlu Sumqayıt şəhəri ərazisində əməliyyatçılar tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam