Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gömrükçülər əməliyyat keçirdi -həbs edilənlər var

 

Gömrükçülər əməliyyat keçirdi - həbs edilənlər var

Azərbaycan gömrükçüləri ölkə ərazisinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə edilməsi cəhdinin qarşısını alıblar.

Yenixeber.org: Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İmişli rayonunun Bəhramtəpə kəndi ərazisində əməliyyat tədbirləri keçirilib.

Burada yolun dairəvi hissəsi yaxınlığında yerləşən avtobus dayanacağına idarə etdiyi "VAZ 21074" markalı, 10-XV-977 dövlət qeydiyyat nişanlı avtomobillə gələn Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 15 ədəd bağlamada ümumi təmiz çəkisi 7375 qram olan həşiş qətranını İran İslam Respublikasının vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğluna təhvil verib.

Sonuncu isə həmin narkotik vasitəni şərti alıcı kimi cəlb edilən gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkar qrupun iki üzvü - Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu və İran İslam Respublikasının vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunublar. Cinayət Məcəlləsinin həmin maddələri ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, cinayətkar qrup həmin narkotik vasitənin İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi və satışını təşkil etmək barədə bu ilin sentyabr-oktyabr aylarında sövdələşib, kriminal niyyətlərinin həyata keçirilməsinə də elə həmin vaxtdan başlayıblar.

Hazırda cinayət əməllərinin törədilməsində iştirakları istisna edilməyən digər şəxslərin müəyyən edilmələri istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam edir.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam