Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakı Telefon Rabitəsinin kabelini oğurlayan şəxslər saxlanılıblar

 

 Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Xəzər rayonu ərazisində rabitə kabelərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar


Yenixeber.org: DİN-in mətbuat xidmətindən bildirilib ki, mayın 10-da Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyəti Cəmiyyəti Xəzər Telefon Qovşağına məxsus 250 metr uzunluğunda kebel xəttinin oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub. Qeyd edək ki, hadisə nəticəsində MMC-yə ümumilikdə 6931 manat maddi ziyan dəyib. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlham Rzayev və Anar Rəsuloğlu saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları kabelləri mis halında 670 manata əlvan metal qəbulu məntəqələrinə satıblar. Qeyd edək ki, A.Rəsuloğlu və İ.Rzayevi rabitə işçiləridir. Bu səbəbdən onlar rabitə kabellərinin keçdiyi ərazi haqqında məlumatlı olublar.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam