Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəmkirdə telefon mağazasından oğurluq edən şəxs saxlanılıb

 

Telefon mağazasından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

 
Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Düyərli kəndindəki mobil telefon mağazasından 6 mobil telefonun oğurlandığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun kənd sakini Bayram Rüstəmzadə olduğu müəyyən edilib. Törətdiyi cinayət əməlini etiraf edən B.Rüstəmzadə bütün mobil telefonları satdğını bildirib.
Mobil telefonlardan 3-ü maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam