Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

MTN-çilərin güc orqanlarında çalışan qohumları “göz altına” alınır…

mtnXeberinfo.com:  Sabiq MTN generalları ilə bağlı narahatlıq doğuran məqamlardan biri bu şəxslərin yaxın qohumlarının bir qisminin hələ də mühüm dövlət postlarında, eləcə də güc orqanlarında çalışması ilə bağlıdır. Bəzi vətənaşlar hesab edir ki, “MTN işi” ilə bağlı həbs edilən və ya işdən uzaqlaşdırılan şəxslərin güc orqanlarındakı qohumları da işdən azad edilməli, hüquq-mühafizə orqanları bu şəbəkədən tamamilə təmizlənməlidir.

Məlum məsələ ilə bağlı maraqlı informasiya daxil olub. Məlumata görə, yaxın gələcəkdə sabiq MTN-çilərin güc orqanlarında çalışan birinci dərəcəli qohumları üzərində nəzarətin gücləndirilməsi nəzərdə tutulub. Hətta onların bir qisminin qeyri-rəsmi surətdə müvəqqəti olaraq işdən uzaqlaşdırılması da planlaşdırılır.

Mənbənin sözlərinə görə, sabiq MTN-çilərin yaxınları ilə bağlı atılacaq bu addım əsasən iki məqsədə xidmət edir. Bunlardan birincisi, sabiq MTN-çilərlə bağlı atılacaq addımlarla bağlı informasiya sızıntısının qarşısını almaq, ikincisi onların güc orqanlarındakı yaxınları vasitəsi ilə müxtəlif şəxslərə təzyiq göstərmək ehtimalını önləməkdir.

Bilgili qaynağın məlumatına görə, sabiq MTN-çilərin dövlət qurumlarındakı yaxınlarının işdən tamamilə azad edilməsi məsələsi gündəmdə deyil. Belə bir gedişat nəzərdə tutulsa da bunu mərhələli şəkildə və ajiotaj yaratmadan həyata keçirilməsi planlaşdırılır. (Moderator.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam