Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Sabiq nazirin qohumları yenidən işlərinə qayıdır?

Eldar Mahmudovun qohumları yenidən işlərinə qayıdır

 

 

Ötən ilin oktyabr ayında işdə çıxarılan Eldar Mahmudovun hələ də həbs edilməməsi bəzi suallar yaratdığı bir vaxtda, ləğv olunmuş MTN-in sabiq şefinin qohumlarının yenidən reabilitasiyası başlayıb.
Xeberinfo.com:  Qeyd edək ki, nazir işdən çıxarıldıqdan sonra məlum olmuşdu ki, o, 80-ə yaxın qohumunu MTN-in müxtəlif  strukturlarında işə düzəldib. 
 
O cümlədən digər nazirlik və komitələrdə də E.Mahmudovun xeyli qohum-əqrəbasının işlədiyi məlum olmuşdu. “Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, sabiq nazirin bacısı oğlu olduğu deyilən Rəşad Musayev yenidən təhsil aldığı akademiyaya qaytarılıb. R. Musayevin adı dəyişmiş MTN-in Akademiyasinda ııı kursda oxuduğu, amma dayısı ilə bağlı problemlər səbəbindən təhsildən ayrıldığı deyilir. Onun əmisi Fərid Musayevin də işə bərpa olunduğu bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə  Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb. Ə. Şəfiyev E.Mahmudovun dövründə milli təhlükəsizlik nazirinin müavini olub.
Ə.Şəfiyev Eldar Mahmudovun yaxın qohumu - əmisi qızının həyat yoldaşıdır. İddiaya görə, Əli Şəfiyev Eldar Mahmudovun nazir olduğu 11 ildə polkovnik-leytenantdan general leytenant rütbəsinə qalxıb, müavin təyin olunub, qohumu olan nazirin təqdimatı ilə 1 orden, 2 medalla təltif olunub. 
 
Eldar Mahmudovun yaxın adamlarının yenidən reabilitasiyası sabiq nazirin həbs ediləcəyi ilə  bağlı məlumatları qismən kölgə altına da alıb. 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam