Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“MTN”çilərlə işbirliyində olan “jurnalistlər”in siyahısı hazırlanır

Həbs edilən “MTN”çilərlə işbirliyində olan “jurnalistlər”in siyahısı hazırlanır
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı yeni dəhşətli faktlar məlum olub.
"Xeberinfo.com":   Aznews.az saytının yaydığı məlumata görə, araşdırma zamanı məlum olub ki, MTN-in nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq reketçiliklə məşğuldur.

Həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri “obyekt” əvvəlcə “vurulur”, onların “cinayət əməlləri”, “korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar. 

Lakin həmin mətbu orqanların adları açıqlanmır.

Modern.az saytının əldə etdiyi məlumata görə, Baş Prokurorluğun apardığı istintaqın gedişində həmin “reket” jurnalistlərin siyahısı hazırlanır.

Bildirilir ki, onlar yaxın zamanlarda istintaqa cəlb ediləcək və barələrində həbs qərarı çıxarılacaq. Bu istiqamətdə hüquq-mühafizə orqanlarında ciddi işlərin getdiyi və “reket jurnalistlər”in MTN-nin bir qrup zabiti ilə əməkdaşlıq çərçivəsində yol verdiyi cinayət tərkibli əməllərinin araşdırıldığı qeyd olunur.

Qeyd edək ki, oktyabrən 17-də prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

Eldar Mahmudovun işdən çıxarılması fonunda MTN ətrafında baş verənlər ictimaiyyətin və medianın diqqət mərkəzindədir.

Baş Prokurorluğun yaydığı açıqlamada göstərilib ki, MTN-nin 7 əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadə edib və onların digər fəaliyyəti barədə digər qanun pozuntuları aşkarlanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam