Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Dələduzluqda təqsirləndirilən beş nəfərə -HÖKM OXUNDU

 

Dələduzluqda təqsirləndirilən Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova, Niyaməddin Abasov, Pərviz Əliyev və Turac Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenixeber.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Niyaməddin Abasov 5 il, Pərviz Əliyev 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən məhkəmə zalında həbs olunub.

Digər təqsirləndirilən şəxslər Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova və Turac Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il şərti azadlıqdan məhrum etmə qərarı verilib.

Həbs edilən şəxslər dəymiş ziyanı ödəməyib, digər 3 şəxs isə dəyən ziyanı tam ödəyib.
Bu iş üzrə təqsirləndirilən Samirə Mirzəyevə istintaqdan gizlənib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərə yalan vədlər verərək onlara pensiya düzəldəcəkləri barədə söz verib və 300 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə ittiham verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam