Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Lənkəranda Rasilə Əliyeva xofu– icra başçısının müavini özünü Zeynal Nağdəliyevin kadrı sayır

 

 

Lənkəran icra hakimiyyəti başçısı və onun müavini Rasilə Əliyeva ilə bağlı realliqinfo.org saytında dərc olunan məqalədən sonra redaksiyamıza müraciət edənlərin sayı çoxalmaqdadır. Vətəndaşlar icra hakimiyyətinin səlahiyyətlilərinin qanunsuz fəaliyyəti nəticəsində yaranmış probblemlərin ictimailəşməsini və aidiyyatı qurumların rayonda baş verən özbaşınalıqlara diqqət aytırmalarını istəyirlər

 



Yenixeber.org: Uşaq bağçaları, səhiyyə ocaqları və təhsil müəsisələrinin fəaliyyətinə toxunan müraciət sahibləri qeyd edirlər ki, icra başçısı Taleh Qaraşovun ən yaxını sayılan Rasilə Əliyeva Ləhkəranda narazı kütlənin formalaşmasında əsas məmura çevrilib. Bağçalarda tez-tez kadr dəyişikliyi aparan bu xanımözünə yaxın şəxsləri vəzifələrə təyin etməkdə davam edir. Şəxsi maraqlarını və tələblərini icra edə bilməyən kadrlar isə işdən kənarlaşdırılaraq cəzalandırılır. 
Lənkəranda Rasilə Əliyeva xofu – icra başçısının müavini özünü Zeynal Nağdəliyevin kadrı sayırRasilə Əliyevanın qanunsuz əməllərinə dəstək verən icra başçısınınmüavinindən olunan şikayətlərə məhəl qoymaması narahatçılıq yaratmaqdadır. Rayonda dil əzbərinə çevrilən Taleh – Rasilə yaxınlığı və işbirliyi təhsil və səhiyyə ocaqlarının yarıtmaz fəaliyyəti ilə sonuclanmaqdadır.
İcra aparatında özünə yaxın şəxsləri vəzifələrə gətirən xanım müavin, bir il ərzində onlarla insanı haqsız olaraq işindən kənarlaşdırıb. Narazılıqlar və saysız müraciətlər Rasilə Əliyevanı əməlindən çəkindirməmiş, əksinə toxunulmaz olduğunu hamıya aşılamışdır. Xanımmüavinin toxunulmazlığı bizim də marağımıza səbəb oldu və təbii ki, Taleh Qaraşovun əsas adamı sayılan RasiləƏliyevanın bu cür səlahiyyət sahibinə çevrilməsi diqqətimizi çəkdi. 


Araşdırmalar zamanı bəlli olub ki, icra başçısının müavini olmamışdan öncə Rasilə Əliyeva orta məktəbdə müəllim işləyib. Onun müəllimlikdən İcra başçısınınmüavini vəzifəsinə gətirilməsi xüsusi istedadın və ya savadın olması ilə bağlamaq gülünc olar. Bəs səbəb nədir? Orta məktəb müəlliməsinin birdən rayonun önəmli sahələrinə rəhbər vəzifəyə gətirilməsinin arxasında hansı maraqlar dayanır?
Lənkəranda Rasilə Əliyeva xofu – icra başçısının müavini özünü Zeynal Nağdəliyevin kadrı sayır
Realliqinfo.org – a daxil olan məlumatda bildirilir ki, Lənkəranın icra başçısı olan, hazırda Prezidentin ərazi idarəetmə məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevintapşırığı ilə Rasilə Əliyeva icra başçısının müavini təyinolunub. Zeynal müəllimin Lənkəranda icra başçısı işlədiyi müddətdə onun katibəsi ilə yaxın münasibət müəllimənin inanılmaz uğuruna səbəb olub. Zeynal Nağdəliyevin prezident Aparatında məsul vəzivəyə təyinatından sonra Rasilə Əliyeva da Lənkəran icra başçısının müavini vəzifəsinə təyin olunub. 

Məhz bundan sonra toxunulmazlıq statusu alan xanımrayonda uşaq bağçalarının qəniminə çevrilib. Tez-tez kadr dəyişikliyi edən müavinin istəklərinə “yox” demək olmaz. Rayonda hamı Rasilə Əliyevanın istəklərini həyata keçirir. 
Lənkəranda hamı Rasilə Əliyevanın hədə -qorxularına bələddir. Xanım müavin özünü Zeynal Nağdəliyevinyaxını saymaqla verdiyi qərarların icrasını sorğu –sualsız tələb edir. Bu qərarlar qanunsuz olsa belə TalehQaraşov tərəfindən dəstəklənir və nəticədə narazılıqlara səbəb olur.

Realliqinfo.org - a daxil olan daha bir məlumatda bildirilir ki, icra başçısının müavinin qohumları cinayət əməlinə görə həbsdə olublar. Lakin bu kimi faktlarla bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə ətraflı məlumat verəcəyik.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam