Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Vidadi Zeynalovun hansı mülkləri özünə qaytarıldı?–Milyonluq siyahı

Vidadi Zeynalovun hansı mülkləri özünə qaytarıldı?

 

“Rabitə işi” üzrə qərarda təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalovun əmlakının üzərinə qoyulan həbsin götürülməsi, cəzasının 13 ildən 4 ilə endirilməsi bu cinayət işini yenidən gündəmə gətirib

 

Yenixeber.org:  2015-ci ilin noyabr ayının 13-də həbs edilən, 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi. Qısaca, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş aparat rəhbərinin ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına olduğu bildirilirdi.

V.Zeynalovun üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri 43 milyon 489 min 537 manat təşkil edirdi.

Həmin əmlakların tam siyasını təqdim edirik:

1. Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi (Zeynalova Natəvan Hüsü qızı) – dəyəri 14 milyon 445 min;

2. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 6 milyon 944 min;

3. Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38 (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 125 min;

4. Nobel prosepekti, məhəllə 1212, ev 15, mənzil 260 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 500 min;

5. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-33 (Kərimov Fuad Hüsü oğlu) – dəyəri 148 min;

6. Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-34 (Kərimov Fuad Hüsü oğlu) – dəyəri 128 min;

7. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44 (Nuriyev Bəxtiyar Çingiz oğlu) – dəyəri 157 min;

8. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45 (Nuriyev Bəxtiyar Çingiz oğlu) – dəyəri 138 min;

9. Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46 (Nuriyev Bəxtiyar Çingiz oğlu) – dəyəri 120 min;

10. Yasamal rayonu, M.Fətəli küçəsi, 107 saylı ünvanda yerləşən ümumi sahəsi 40.5 kv m olan mənzil (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) – dəyəri 60 min;

11. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynalova Lalə Vidadi qızı) – dəyəri 2 milyon 45 min;

12. Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143 (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 110 min;

13. Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25 (Zeynallı Zeynal Vidadi oğlu) – dəyəri 620 min;

14. Qaradağ rayonu, Şanqar qəsəbəsi ünvanında yerləşən 15 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 135 min 400 manat;

15. Səngəçal qəsəbəsi, Əsas küçə, ev 29 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi – dəyəri 1 milyon 500 min;

16. Səbail rayonu, M.Mənsur küçəsi, ev 39, mənzil 13, 14, 15 – dəyəri 300 min;

17. İstiqlaliyyət küçəsi, ev, mənzil 28 (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 92 min;

18. Səbail rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 mənzillər (Zeynalova Lalə Vidadi qızı) – dəyəri 349 min;

19. Səbail rayonu, M.Mənsur küçəsi, M.Mənsur küçəsi, ev 59, mənzil 10 (Zeynalova Lalə Vidadi qızı) – dəyəri 51 min;

20. Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40- (Zeynalova Natəvan Hüsü qızı) – dəyəri 82 min;

21. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 6 milyon 944 min;

22. Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, ev 11, 3a, mənzil 5,6, 6A, 7, 8 və ümumi sahələri 43,6 kv m, 61 kv m olan məzillər, (Zeynallı Pərviz Vidadi oğlu);

23. Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 129b (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 1 milyon 900 min;

24. Nərimanov rayonu, H.Əliyev prospekti, ev 68, mənzil 33, (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 215 min;

25. Nərimanov rayonu, F.X.Xoyski prospekti, 132 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 310 min;

26. Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 10, mənzil 10 (Cəfərovov (Zeynalova) Kəmalə Zeynal qızı) – dəyəri baxılmayıb;

27. Nəsimi rayonu, Abbas Səhət küçəsi, ev 5A (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 1 milyon 100 min;

28. Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98 (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 52 min;

29. Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 10B (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 1 milyon 100 min;

30. Nəsimi rayonu, Puşkin küçəsi, 16 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 550 min manat;

31. Nəsimi rayonu, 28 May küçəsi, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri və 14 saylı mənzilinin bir hissəsi (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 250 min;

32. Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) – dəyəri 510 min;

33. Cavadxan küçəsi, 80 saylı fərdi yaşayış evi (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 1 milyon 400 min;

34. Suraxanı rayonu, Hövsan qəsəbəsinin Şimal-qərbində yerləşən 0,02 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) – 3 min;

35. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b (Zeynalova Natəvan Hüsü qızı) – dəyəri 223 min;

36. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33-ün (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 95 min

37. Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a saylı 6 sot torpaq sahəsinin (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 1 milyon 344 min;

Bunlardan əlavə, Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi məlum olub. Məhkəmənin qərarı ilə həmin daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdu.

RYTN-ə məxsus V.Zeynalovun özəlləşdirdiyi əmlaklar

38. Xəzər rayonu, Dübəndi bağ sahəsi, RYTN-in b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu – dəyəri 95 min;

39. Xəzər rayonu, Türkan qəsəbəsi, RYTN-in “Poçt Daşınma Mərkəzi” bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) – dəyəri 19 min 700 manat;

40. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8-in (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) – dəyəri 180 min;

Vidadi Zeynalovun həbs qoyulmuş rayonlardakı əmlakları

41. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 111 min 500 manat);

42. Qəbələ rayonu, Bum kəndində 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 144 min;

43. Qəbələ rayonu, Bum kəndində 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 54 min;

44. Qəbələ rayonu, Bum kəndində 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) – dəyəri 66 min manat;

45. Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu – dəyəri 115 min;

46. Qəbələ rayonu, Qəmərvan kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (Zeynalov Pərviz Vidadi oğlu) – dəyəri 72 min manat;

47. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) – dəyəri 34 min 600 manat;

48. Yevlax rayonu, Kövər kəndində yerləşən (ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququ) 3,6494 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) – dəyəri 4 min 100 manat;

49. Yevlax rayonu, Kövər kəndində yerləşən 0,26 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) – dəyəri 34 min 900 manat;

50. Yevlax rayonu, Kövər kəndində yerləşən 3,0741 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) – dəyəri 3 min 500 manat;

51. İsmayıllı rayonuda 1,5632 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 17 min 110 manat;

52. İsmayıllı rayonu, Tircan kəndində 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 177 min 222 manat;

53. İsmayıllı rayonu, Tircan kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 32 min 417 manat;

54. İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 57 min 673 manat;

55. İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 18 min 876 manat;

56. İsmayıllı rayonu, Tircan kəndində 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 95 min 695 manat;

57. İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 19 min 965 manat;

58. İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) – dəyəri 22 min 63 manat;

59. Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 57 min 293 manat;

60. Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 53 min 96 manat;

61. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,3222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 142 min 842 manat;

62. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 28 min 349 manat;

63. Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu – dəyəri 376 min 77 manat;

64. Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 21 min 877 manat;

65. Sabirabad rayonu, Cavad kəndində 13,5 ha torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) – dəyəri 27 min manat;

66. Şamaxı rayonu, Məlhəm kəndində əmək kompleksi kimi müəssisə (Zeynalova Lalə Vidadi qızı) – dəyəri 1 milyon 927 min manat;

67. Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha torpaq sahəsi (Zeynalova Natəvan Hüsü qızı) – dəyəri 24 min;

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov apelyasiya şikayətləri üzrə keçirilən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.

Hakim Qədim Babayevin çıxardığı qərara görə, V. Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilib. Həmçinin noyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə V.Zeynalovun əmlaklarının üzərinə qoylan həbsin götürülməsi barədə qərar qəbul edilib.

Qərara görə, digər təqsirləndirilən şəxslər, o cümlədən V.Zeynalovun 2009-cu ilə qədər əldə olunan əmlakları üzərindən həbs götürülüb və müsadirə olunması barədə təqdimat dayandırılıb. İttiham aktında cinayət işi 2009-2015-ci illəri əhatə edir. İttihamdan qabaq əldə olunan əmlaklar məhkəmənin qərarı ilə həbsdən azad olunub.

V.Zeynalovun bu əmlaklarından hansılarının 2009-cu ilə qədər aldığı açıqlanmadığından, həbs götürülən mülklərinin siyahısı bilinmir. Lakin məhkəmədə bu mülklərin böyük əksəriyyətinin 2009-cu ilə qədər alındığı qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam