Ermənistan daha 150 min ədəd mərmi alır -Hindistandan
Hindistan Ermənistana 30 mm və 40 mm-lik qumbaraatan mərmisi verəcək.
Yenixeber.org: Bu barədə Hindistanın "Indian Aerospace Defence News" nəşri məlumat yayıb.
Məlumata görə, “Munitions India Limited” (MİL) şirkəti Ermənistana 150 min ədəd qumbaraatan tədarük edəcək.
Nəşr yazır ki, 2 ay əvvəl MİL şirkəti Ermənistana 5 milyon ədəd 7,62 mm çaplı güllə çatdırıb.