Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Əhmədlidə torpaqları və kiçik parkları satan Kamal Quluzadə və dayısı...

bitmap-img6

Əhmədlinin icra nümayəndəsi dayısı İntiqam Cümşüdovla əl-ələ verərək qəsəbədə gözə görünən hər şeyli satır...
Yenixeber.org: Son illər paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində kiçik parkların restoran çayxanlara çevrilməsi , həmçinin sənədsiz gecəqondu obyektlərinin tikilməsi vüsət alıb. Bu barədə dəfələrlə ölkə mətbuatında və social şəbəkələrdə müxtəlif video, foto görüntülər yayılsada sonunc dəyişməyib.
Xətai rayon Əhmədli qəsəbəsində baş alıb gedən gecəqondu tikinti bumunun arxasında rayon icra hakimiyyətinin dayandığını isə bilməyən yoxdur. 
Bu istiqamətdə azfakt.com -un əldə etdiyi məlumata görə Əhmədli qəsəbəsində parkların restoran və çayxanalara çevrilməsinə, həmçinin gecəqondu obyektlərin tikintisinə nəzarəti qəsəbə icra nümayəndəsi Kamal Quluzadə rəhbərlik edir. 
Bildirək ki, Kamal Quluzadə bir neçə ildir ki, Xətai icra hakimiyyətinin Əhmədli qəsəbəsi inzibati ərazisi üzrə nümayəndəsi təyin edilib. 
Kamal Quluzadənin icra hakimiyyətinin Əhmədli qəsəbəsi üzrə nümayəndəsi təyin edilməsində əsas patronajlığın Xətai rayonunda tikintilərə və torpaq satışına nəzarət edən və Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsini tutan İntiqam Cümşüdovun olduğu bildirilir. Əldə etdiyimiz məlumata görə Kamal Quluzadə icra nümayəndəsi təyin edilməmişdən öncə dayısı İntqam Cümşüdovun Xətai rayonu Gəncə prospekti və digər ərazilərdəki müxtəlif obyektlərinə nəzarət edirmiş. Hazırda isə İntiqam Cümşüdovun güclü əli ilə Əhmədli kimi böyük və varlı bir qəsəbəyə icra nümayəndəsi təyin edilən Kamal Quluzadə adı çəkilən qəsəbədə dayısı ilə əl-ələ verərək gözlərinə toxuanan hər yeri satmaqla məşğuldur. 
Bildirilir ki, Əhmədli qəsəbəsində sənədsiz obyektlərin və evlərin tikintisi, həmçinin artırılması məsələsində əsas vasitəçi Kamal Quluzadədir. 
Bundan başqa mənbələrimiz icra nümayəndəsinin dayısı İntiqam Cümşüdovla birlkdə Əhmədli qəsəbəsinin müxtəlif küçələrində bir neçə oyekt inşa etdirdiyi deyilir.
Yazıda adı keçən şəxslərin və Xətai rayon icra hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam