Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

ABŞ Prezidenti: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

 

ABŞ Prezidenti Donald Tramp hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə soyuq yanaşır.

Yenixeber.org-un məlumatına görə, ABŞ lideri bu barədə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşün nəticələrinə dair "Fox News" telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən danışıb.

"Bu gün baş verənlərə görə düşünürəm ki, indi bunu düşünməyimə ehtiyac yoxdur", - deyə o bildirib. "Bilirsiniz, hesab edirəm ki, görüş çox yaxşı keçdi", - deyə Ağ Ev rəhbəri əlavə edib.

Bununla belə, o, gələcəkdə sanksiyalar məsələsinin gündəmə qayıda biləcəyini istisna etməyib. "Ola bilsin ki, iki və ya üç həftə sonra və ya bu kimi müddətdə bunu düşünməli olacağam, lakin məhz indi bunu düşünməyimizə ehtiyac yoxdur", - deyə Tramp qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam