Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Adnan Əhmədzadənin dostu özünü Karate Federasiyasında vitse-prezident kimi təqdim edir - Əslində isə...

Keçmiş Azərbaycan Kosiki Karate-do Federasiyasının rəhbəri,  qara kəmər sahibi, iş adamı Adnan Əhmədzadənin yaxın dostu Rafael Rafiq oğlu Bünyatovun  8 avqust 2025-ci il tarixində Prosport.az saytına müsahibəsində özünü Karate Federasiyasının vitse-prezidenti kimi təqdim edib.

Yenixeber.org: Deputat Ülvi Quliyevin prezidenti olduğu Azərbaycan Karate Federasiyasının rəsmi saytında  isə  Rafael Bunyatovun İdarə Heyətinin üzvü olması ilə bağlı məlumat əksini tapıb. Federasiyanın bir neçə vitse-prezidenti olsa da, Rafael Bünyatovun adı onların arasında yoxdur. 

 

Qeyd edək ki, ötən ay Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin köməkçisi Vüsal Abdullazadə də mətbuata açıqlamasında bildirmişdi ki, Rafael Bünyatov  hazırda Azərbaycan Karate Federasiyasının üzvüdür. Bəs belə olduğu halda R.Bünyatov necə özünü vitse-prezident adlandırır. 

Vaxtilə rəhbərlik etdiyi  Azərbaycan Kosiki Karate-do Federasiyasının Karate Federasiyasına birləşdirilməsinə görə, deputat Ülvi Quliyevlə problem yaşayan Rəfael Bünyatovun bu açıqlama ilə vermək istədiyi mesaj nədir? 

Xatırladaq ki, Rəfael Bünyatov iş adamı Adnan Əhmədzadənin yaxın dostu kimi tanınır. Sonuncu müsahibəsində də bu dostluq haqqında danışaraq, "Adnan Əhmədzadə mənə doğma qardaş kimidir" ifadəsini işlədib. 

Onların münasibətləri təkcə dostluq-qardaşlıqla bitmir. Adnan Əhmədzadənin ASTA (Azerbaijan Sport Talents Academy) Akademiyasına və Barselona futbol akademiyasına Rəfael Bünyatov rəhbərlik edir və bütün işlərin əsas icraçısıdır. Eyni zamanda Adnan Əhmədzadənin sponsorluq etdiyi  "Mingəçevir" klubunun sahibidir. 

Adnan Əhmədzadənin yaxın dostunun təyin olunmadığı bir vəzifəni öz adına çıxarması isə hər halda təsadüfi və ya mexaniki bir səhv deyil. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(sitat.info)

Məğrur Salmanov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam