Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ŞOK İDDİA: Qarabağdakı separatçı rejimin 3 rəhbəri Ermənistanda:Saakyan, Qukasyan, Arutyunyan...

Telegramın erməni seqmentinin təsirli kanalı olan @bagramyan26 -nın məlumatına görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün Qarabağdakı separatçı rejimin üç keçmiş "prezidenti" və "hökumət üzvləri" Ermənistana keçə bilib...

Yenixeber.org: Bu barədə hələ ki, Azərbaycan mərkəzi hakimiyyətinin heç bir açıqlaması yoxdur.

Böyük ehtimalla söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan, eləcə də Vitali Balasanyandan gedir. Yeni "prezident" Şahramanyan danışıqlarda pərdəarxası sima olaraq, Xankəndidə qalır...

Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, bu simalar Xankəndi və ətraf bölgələrin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərkisilah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 "generalın" həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər.

Onların yeganə xahişi Qarabağı problemsiz tərk etmək olub.

QEYD: Rəsmi məlumatlar yayılmayana qədər bunlar yalnız erməni iddiaları olaraq qalacaq.(musavat.com)

1447237702.jpg (36 KB)

Bako Saakyan

60-83-1695544773.jpg (26 KB)

Arkadi Qukasyan 

2020-12-17-09-43-143xcRU4KfF0IdDfSp62AF_file.jpg (804 KB)

Araik Arutyunyan 

balasanyan.jpg (45 KB)

Vitali Balasanyan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam