Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Paşinyan Qarabağdakı erməniləri “sülhə” çağırdı

Paşinyan Qarabağdakı erməniləri “sülhə” çağırdı
Dağlıq Qarabağdakı separatçı rejim liderlərinin İrəvandan yardım istəməsi öz nəticəsini verib. Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə Xankəndindəki etiraz aksiyaları müvəqqəti dayandırılıb. 
Yenixeber.org erməni KİV-ləri xəbər verir ki, Nikol Paşinyan "Facebook" səhifəsində canlı yayıma çıxaraq, Qarabağdakı ermənilərə müraciət edib, aksiyaları dayandırmağı və separatçıların lideri Bako Saakyana əldə olunmuş razılaşmaları yerinə yetirmək üçün vaxt verməyi tapşırıb.

Həmçinin vurğulayıb ki, Qarabağda baş verənləri diqqətlə izləyir və Bako Saakyanla mütəmadi əlaqə saxlayır.

“Şübhə yoxdur ki, xüsusi xidmət orqanları nümayəndələrinin davranışı narahatlıq doğurur. Bu vəziyyətin konkret həlli olmalı və müvafiq nəticələr əldə edilməlidir. İndi elə mərhələdir ki, etirazçılar Saakyana əldə olunmuş razılaşamaları yerinə yetirməyə imkan verməlidilər. Amma hazırda mitinqlər buna mane olur. İndi topu Qarabağ “hakimiyyətinin” meydanında saxlamaq düzgün olardı, əgər məsələ əldə olunmuş razılıqlar çərçivəsində həll edilməsə, siz topu yenidən öz meydanınıza keçirə bilərsiniz... Mənim sizə qardaş çağırışım budur - aksiyalara son qoyun və ya onları dayandırın ki, “hakimiyyət” etirazçılarla əldə olunmuş razılıqları reallaşdıra bilsin” - deyə Paşinyan Xankəndindəki etirazçılara mesaj yollayıb.

Nəticədə Xankəndində mitinqlərin koordinasiya komitəsi bəyanat yayaraq, Bako Saakyanla əldə olunan razılaşmaları və Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışını nəzərə alaraq etiraz aksiyalarını müvəqqəti dayandırdıqlarını bəyan ediblər.



Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə MTX əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndində məişət zəminində baş verən insident böyüyərək kütləvi hal alıb.

MTX əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz polisi isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs ediblər. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq MTX əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçıların fikrincə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.

Vəziyyətin getdikcə gərginləşdiyini görərən separatçı rejimin nümayəndələri etirazçıları əmin etməyə çalışıblar ki, Bako Saakyan günahkarları cəzalandıracaq.Lakin aksiyaçılar dağılışmayıblar. İyunun 2-də separatçı rejimin başçısı Bako Saakyan etirazlarla əlaqədar təhlükəsizlik şurasının iclasını keçirib. Daha sonra isə o, etirazçıların nümayəndələrini qəbul edərək, onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağına söz verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam