Ukrayna kəşfiyyatçıları Belqoroddadır?
Belqorod vilayətinə diversiya-kəşfiyyat qrupunun daxil olması ilə bağlı yayılan məlumatlar yalandır.
Yenixeber.org: Bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov deyib.
“Yeni heç nə baş verməyib. Düşmənimizin tapşırığı - panika yaratmaq, hamını qorxudaraq evlərindən çıxmağa, ərazini tərk etməyə vadar etməkdir. Ona görə də yalnız etibarlı mənbələrə inanın!” - deyə o bildirib.