Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Rusiya Belqoroda hücum hazırlayır” -“Ukrayna bayrağı altında”

Yenixeber.org: Bunu ABŞ Müharibə Araşdırma İnstitutu (İSW) son hesabatında bildirib.

İnstitutun mütəxəssisləri hesab edirlər ki, Ukrayna ilə sərhəddə yerləşən Rusiyanın Belqorod vilayətinə Ukrayna bayrağı altında təxribat xarakterli hücum planı Rusiya cəmiyyətində Ukraynadakı müharibəyə qarşı sönməkdə olan marağı yenidən dirçəltməyə xidmət edə bilər. Belə ki, Rusiya əhalisində xüsusilə Xarkov və Xerson məğlubiyyətlərindən sonra Ukraynadakı müharibə ilə bağlı biganəlik və narazılıq getdikcə artır. Beynəlxalq hüquqa görə Rusiyanın suveren ərazisi olan Belqoroda “hücum” isə cəmiyyətdə Ukraynaya qarşı nifrəti körükləyə və müharibəyə dəstəyi artıra bilər.

Rusiyanın müxalif saytlarının yazdığına görə, son zamanlar azı 15 regionda səfərbərliyə çağırılan rusiyalıların yaxınları etiraz aksiyaları keçiriblər və onların ən kütləvi xarakter daşıyanları məhz Ukrayna ilə həmsərhəd vilayətlərdə qeydə alınıb. Belqoroda təşkil edilməsi gözlənilən guya Ukrayna Ordusunun hücumu isə bu etirazçı əhval-ruhiyyəni dəyişə bilər.

Qeyd edək ki, bu günlərdə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da öz sosial şəbəkə səhifəsində vilayətin Ukrayna ilə sərhəd ərazilərində səngərlər qazılması və digər müdafiə qurğularının tikilməsinə dair videolar yayımlayıb. Bu da sözügedən “əməliyyata” zəmin yaratmaq üçün atılan addım hesab olunur.

Lakin İSW qeyd edir ki, Ukrayna Ordusunun Belqoroda hücuma hazırlaşdığına dair iddialar tamamilə saxta, əsassız, absurddur və yalnız əhalinin qorxudulmasına, onun müharibəyə dəstəyinin artırılmasına və Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə haqq qazandırılmasına xidmət edir. “Azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam