Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Krıma dronlarla hücum edildi -Körpüdə hərəkət dayandırıldı

 

Rusiya ordusu işğal altında olan Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bildirib. 

Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, Krım yarımadasına hücum edən 20 PUA zərərsizləşdirilib. Rusiya hücuma görə Ukraynanı ittiham edib. Rəsmi Kiyev hücum barədə heç bir açıqlama verməyib. 

Nazirlik "Telegram" mesajlaşma proqramında yazıb ki, hücum cəhdi nəticəsində heç bir itki və dağıntı yoxdur. Bildirilib ki, 14 dron hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, altısı isə radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb. 

Krımın Rusiya tərəfindən təyin edilən "qubernatorunun müşaviri" Sergey Kryuçkov bir müddət əvvəl hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü açıqlayıb. 

Yarımadanı Rusiyanın Krasnodar bölgəsi ilə birləşdirən Krım körpüsündə hərəkət təxminən iki saat dayandırılıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam