Yenixeber.org: ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilk dəfə olaraq bu ilin martında Ukraynaya top mərmiləri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və atıcı silahların təhvil verilməsi xahişi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət edib, lakin müsbət cavab almayıb.
Daha sonra təkbətək söhbətlərdə Misir administrasiyasının üzvləri Kiyevə silah tədarükü planının olmadığını bildiriblər.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynaya verə biləcəyi silah ehtiyatlarının, ilk növbədə artilleriya mərmilərinin tükəndiyini etiraf edib. Buna görə də, Ağ Ev sahibinin sözlərinə görə, kasetli sursatların Kiyevə ötürülməsinə qərar verilib.(The Wall Street Journal)