“AYƏTULLAH MAYK” VƏ İKİ YƏHUDİ LOBBİSİNİN RƏQABƏTİ:türk yazarın İrandakı son dalğalanmaya baxışı
Ergün Diler
“Takvim” (Türkiyə)
MAYKL D'Andrea… O mühüm oyunçu. İranı qarışdıran zəkalardan biri. Bu sahədə Pompeodan da vacib fiqurdur.
“Zülmət Şahzadəsi” kimi tanınıb.
Yenixeber.org: İRAN BÜROSUNA ŞEF TƏYİN OLUNANA QƏDƏR KOD ADI ROCER idi! Təxminən 10 ildir CIA-nin Antiterror Mərkəzinin rəhbərliyində təmsil olunur. Xüsusilə Pakistan və Əfqanıstanda "bulud-insan" olaraq tanınıb. Əlbəttə ki, bu, nə etdiyi ilə bağlı idi.
Gününü ancaq işinə sərf edir.
Onunla işləyənlər deyirlər ki, D'Andrea 24 saat deyil, 25 saat işləyir.
Bir həmkarı "Əylənmək, stress atmaq üçün nə edirsən?" – deyə soruşduqda, "İşləyirəm", – cavabını verib.
Pakistan və Əfqanıstanda qazandığı uğur çox yüksək idi.
O, mərhəmətsizdir.
Vəzifəyə gəlməsi ilə bölgədəki ABŞ ƏSGƏRLƏRİNİN ÖLÜM SƏVİYYƏSİ sürətlə düşüb. O, yaxşı xəbərçilər şəbəkəsi yaradıb və bütün işi DRONLARA gördürür.
Əməliyyat başa çatdıq DRONLARDAN ancaq tüstü buludu qalır. Çox ciddi bir siqaret asılılığı olduğundan, özünə BULUD-ADAM deyir.
“Əl-Qaidə”nin başına tonlarla bomba yağdırdı. Dronların hamısını özü idarə etdi. O hətta ölənin mülki vətəndaş olduğuna əhəmiyyət vermədi…
Bu nailiyyətlər onu CIA-nın “dərin əməliyyatlar”ında liderliyə yüksəlməsinə imkan yaradıb.
İndi CIA-nın qeydiyyatdan keçməmiş əməliyyatları XİDMƏTİNDƏ yeganə səlahiyyətlidir. Bu missiya əsnasında nə etdiyini heç kim bilmir.
2008-ci ildə Şamdan keçərkən “Hizbullah” lideri İmad Muğniyənin partladılmasının bütünlüklə onu planı olduğu söylənir.
Başqaları var, amma adları məlum deyil!
Müsəlman bir qadınla evlənib və müsəlman olduğunu söyləyir.
Yoldaşları deyir ki: "Müsəlman olduğunu heç kimdən izlətməyib".
Bunu da əlavə edirlər: “Biz heç vaxt ibadət etdiyini görmədik, amma təsbeh əlindən heç vaxt düşmədi…”
Yaxşı, İRAN ƏMƏLİYYATI niyə həyata keçirildi? Bunu kim sifariş verdi? Çəkişmə əslində, kimlər arasında idi?
Dünyanın ən güclü yəhudi lobbisi olaraq tanınan AIPAC, Vaşinqton rəhbərliyində həmişə aktiv olub.
AIPAC sıradan bir lobbi deyil.
100 mindən çox üzv var. Və hər il gücü artır. ABŞ prezidentləri heç vaxt AIPAC ilə mübarizə aparmayıb.
Həmişə onlarla birlikdə olublar. AIPAC Qüdsü vahid bir dövlətin paytaxtı kimi arzulayıb!
Bütün investisiyalar bunun üçündür. ABŞ prezidentlərini dəstəkləmək üçün danışıqlarda "Qüds yalnız İsrail paytaxtı" təklifi masaya gəlir…
Bu təklifə qarşı çıxanlar prezident ola bilmirdi.
Ancaq AIPAC-ın döyüşkən qərarları İsrail ictimaiyyətində narahatlıq yaratmağa başladı. AIPAC həmişə Londonda Rotşildin gücündən faydalanmaq istəyib.
"İsrail lobbisi və Amerikanın xarici siyasəti" kitabının müəllifləri Con Mirşeymer və Stiven Uolt AIPAC-ın bəzən özlərini İsraildən daha güclü gördüklərini söyləyir.
Bu fikirdə israr İsrail xalqını da narahat etdi. Buna görə də, 2008-ci ildə Britaniyadakı Rotşild ailəsinin dəstəyi ilə AIPAC-a rəqib J STREET adlı yeni bir lobbi quruldu. Ceremi Ben-Ami lobbinin ən nüfuzlu şəxsi oldu.
Ceremi Ben-Ami, Rotşild ailəsinin ABŞ-da ən güclü şirkəti olan “Rotşild Co.”-nun dəstəyi ilə sabiq ABŞ prezidenti Bill Klinton kabinetinə yol tapdı. Klintonla danışan həmişə Ceremi Ben-Ami idi.
Ceremi Ben-Ami həmişə AIPAC əleyhdarı olub. 1962-ci ildə anadan olan Ben-Ami, israilli kimi düşünən, ancaq Londona yaxın adamdır. Ben-Ami hər konfransda və gizli görüşdə bir fikri müdafiə edib: Ərəb-İsrail və ya İsrail-Fələstin qarşıdurmaları sülh yolu ilə, yəni diplomatik olaraq ortaq bir nöqtədə anlaşma ilə həll edilə bilər.
J STREET iki dövlətli həldən başqa heç bir addım atmazdı. Həm də təşkilatın bəyannaməsində bu yazılıb.
AIPAC Yaxın Şərqdə müharibə istəyir. İslam ölkələri ilə döyüşərək, dünyadakı yəhudilərin düşmənini artırmaq istəyir. İsraillilərin 84 faizi J STREET-a dəstək verərkən, yalnız 10 faizi AIPAC-yı dəstəkləyir. 6 faizin fikri qeyri-müəyyəndir…
Amerika prezidentliyinə namizədlərinə ianə toplayan J STREET PAC əslində, Ceremi Ben-Amiyə bağıdır.
Qüdsdə iki dövlətli həllini dəstəkləməyən heç bir namizəd J STREET PAC-dan güc ala bilməz. J STREET, AIPAC əleyhinə güclü bir balansdır!
“Forbes” siyahısındakı bəzi yəhudi adları J STREET-in adamlarıdır. “Google”-un qurucusu Sergey Brin, “Microsoft”-un sahibi Bill Geyts bu adlardan bəziləridir. “Amazon” şirkətinin təsisçisi Ceff Bezos da J STREET-ə yaxınlaşıb.
Bu durum AIPAC üçün böyük bir çətinlikdir.
Əlbəttə ki, yəhudi iş adamlarının J STREET-ə böyük sürətlə yaxınlaşmasında Rotşild ailəsinin təsiri var.
J STREET İranla eyni masada olmağı və hətta HƏMAS-la Qəzzada görüşməyi qəbul edir.
Həmçinin, J STREET-ın HƏMAS-la görüşdüyü və bölgədə sülhün bərqərar edilməsi ilə bağlı razılıq əldə etdiyi iddiası var.
Başqa sözlə, döyüş, qan və göz yaşları deyil, MÜZAKİRƏNİ VƏ HƏLL TAPMAĞI irəli sürür. Hətta İsrail xalqı HƏMAS-la danışıqlar aparmaq istəyən J STREET-ə dəstək verir. Ancaq AIPAC-ın İsraildə sülh yaratmaq planı yoxdur.
Əslində, yaranmasının təməli də fələstinliləri sahədən kənara atmaqdır.
Corc Sorosun böyük ianələri ilə J STREET gündən-günə daha da güclənir. ABŞ respublikaçıları qəzəblənir. Çünki iki yəhudi lobbisinin qarşıdurması hər keçən gün daha da böyüyür!
Ağ Evin təyinatlarda belə, bu iki lobbinin rəqabəti görünür…
Və getdikcə bu, müharibəyə çevrilir…
Yəhudilər arasında baş verən qarşıdurma gələcək dövrlərdə İsrail üçün çətinlik yarada bilər. Çünki İsrail iki yəhudi lobbisinin qarşıdurmasında özünü müdafiə etməyi bacarmayacaq. İsrail baş nazirləri AİPAC tərəfindən təyin edilərkən, J STREET də İsrail prezidentləri haqqında ciddi fikirləri ilə tanınır.
AIPAC J STREET-in gücünü azaltmaq üçün addımlar atır. Lakin Rotşild ailəsi ilə qarşı-qarşıya gələ biəirlər.
J STREET-ın HƏMAS və İranla müzakirələr təklifi onu Yaxın Şərqdə daha da gücləndirir.
AİPAC-ın HƏMAS və İranla bağlı sərt mövqeyi heç vaxt yumşalmayacaq!
Yaxın Şərqdəki iki gücə bu pəncərədən baxdıqda, AKTYORLARIN ARXASINDA ƏSL GÜCÜN KİMLƏR OLDUĞUNU BAŞA DÜŞÜRÜK… İrandakı son hadisələrə baxın! Britaniya mətbuatı dünən ABŞ-a qarşı çıxdı. İranı dəstəklədi!
İngiltərə xarici işlər naziri Boris Consonun RUHANİ ilə 3 həftə əvvəl söhbət etdiyini yazmışdım.
"QİYAM HAZIRLIĞI GEDİR. DİQQƏTLİ OLUN!" xəbərdarlığı edən Conson idi!
Beləliklə, onlar İranı ABŞ-dan müdafiə etməyə çalışırdılar!
Bu xəbərdarlığı iki LOBBİNİN RƏQABƏTİ kimi oxuyun!
Hesab edirəm ki, tərəfləri daha yaxşı başa düşməyə kömək edir… İKİ MƏQSƏD QARŞI-QARŞIYADIR! Harada? Bizim coğrafiyamızda! Hər kəs min dəfə düşünməməlidir …
İndi Maykl D'Andrea'nı oraya göndərən kimdir? Sualınızın cavabını tapın! AYDIN DEYİLMİ?! Son qeyd …
Maykl D'Andrea və pərdənin arxasında İran əməliyyatını dəstəkləyən digər mühüm ailə var!
CIA üçün çalışan bu ailənin ən mühüm üzvü hazırda İranda həbsdədir…
Sabah ətraflı yazarıq…