Yenixeber.org: Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, bütün ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, səfərlərinin məqsədindən asılı olmayaraq, Rusiya ərazisini tərk etməlidirlər. “Əgər siz Rusiyadasınızsa - iş və ya istirahət üçün, səfərin məqsədindən asılı olmayaraq - indi tərk etməlisiniz”. Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Rusiyadakı bütün Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində ABŞ-ın məşhur “Wall Street Journal” dərgisinin müxbiri Evan Gerşkoviç casusluqda şübhəli bilinərək saxlanılıb. Bildirilib ki, E.Gerşkoviç Rusiyada yerli fəalların “Vaqner” Xüsusi Hərbi Şirkətinin fəaliyyətinə münasibətinə dair material hazırlayırmış.
ABŞ amerikalıları Rusiyanı tərk etməyə çağırdı -RƏSMİ

“Bütün amerikalılar, o cümlədən jurnalistlər Rusiyanı tərk etməlidir”.