Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“DƏRİN DÖVLƏT”in AĞALAROV ÜZƏRİNDƏN QURDUĞU OYUN:Sorosun oğlunun məşhur sevgilisindən ayrılmasının sirri çözülür - ARAŞDIRMA

 

 Ərgün Dilər“Takvim”, Türkiyə, 09 may 2020-ci il

 

Yenixeber.org: Koronavirus pandemiyası və onun dünyada yaratdığı mənzərə haqqında yazmağa davam edək. Dünən də altını cızdığım kimi, koronavirus pandemiyasına rəğmən, əsl savaş ABŞ daxilində gedir.

Hər zaman olduğu kimi, gedən bu böyük mübarizənin simvolik şəxsləri var. Amerika iki sərmayə qrupunun yüksəltdiyi bir coğrafiyadır. Bu səbəblə, orada iki axın, iki partiya, iki namizəd, iki duelə çıxan var. Bir də bu sistemin dərinliklərinə enən, hər addıma nəzarət edən “Dərin Amerika” var.

Gəlin, bu gün şəxsləri bir az önə çıxaraq ki, məsələnin anlaşılması asan olsun.

Hazırda koronavirus ABŞ-da daha çox təsirlidir. ABŞ-ın hər yerindəmi? Xeyr. Əsasən pulun, gücün olduğu şəhəri, yəni Nyu-Yorku ələ keçirmiş durumdadır. İqtisadiyyat çöküb, bir çox şirkət iflasla üzbəüz qalıb. Bu, sirr deyil.

Hamı Wall Street”-dən danışır, bir də onun qarşısında yer alan real sektorun mərkəzi olan Main Street var. Məsələn, The Bank of New York Mellon” “Wall Street”-də, Boeing isə Main Street-dədir. Biri qlobaldır, irqə fikir verməz, digəri isə yerli amerikalının çiynində yüksəlir.

“Dərin Amerika” Main Street-də güclüdür. Əslində, gedən bu savaş “Main Street”-lə London mərkəzli “Wall Street” arasında gedən savaşdır. Çünki qlobal sərmayənin ana vətəni Londondur. Bunun tarixdəki qarşılığı isə Şimalla Cənub arasında gedən vətəndaş müharibəsidir.

Elə tam bu yerdə şəxslər önə çıxmağa başlayır. Görəsən, “Dərin Amerika” Wall Street-ə sızdımı? Sızdısa, bunu necə etdi? Koronavirus planını qurmaq, həyata keçirmək və uğur qazanmaq böyük ağıl tələb edir. Koronavirus pandemiyasından sonra “Dərin Amerika”-nın da çox önəmli bir güc olduğunu anladıq. Koronavirus planı tamamlanmadı, amma görünür, 70%-i bitdi. Buradakı önəmli şəxs Corc Sorosdur.

Bugünədək ötən müddətdə “Dərin Amerika”-nın planı, demək olar ki, qüsursuz işlədi. ABŞ Mərkəzi Bankı, yəni, FES 10 dolların 8-ni Wall Street-ə verdi. Etirazlar səsləndirilsə də, “Dərin Amerika” da bunu istəyirdi. Öncədən hazırlıq da görmüşdülər. Bu planla bağlı olaraq, heç güvənmədikləri, amma birlikdə çalışmağa başladıqları Corc Sorosu izləməyə başladılar. Addım-addım təqib edilən Soros Londondan qopdu. “Dərin Amerika” burada qeydiyyatda olan bir gözəldən istifadə etdi.

Xatırlayırsınızsa, Donald Tramp Rusiyada olduğu günlərdə keçirdiyi bəzi toplantılarda Nana Merivezer də iştirak edirdi. Bəs Nana Merivezer kimdir? Gözəl bir qadın bu toplantılarda necə iştirak edə bilirdi?

Köhnə dəftərlər açılan zaman, Nana Merivezerin Corc Sorosun oğlu Aleks Sorosun sevgilisi olduğunu görürük. Ən azı, Aleks Soros belə düşünürdü. Onunla gələcəklə bağlı planlar qururdu. Əslində, Sorosun oğlunun qoluna taxıb gəzdirdiyi “Dərin Amerika” idi. “Dərin Amerika” Nana Merivezerdən istifadə edirdi. Onun sayəsində bir tərəfdən Trampın bütün çirkli işlərini öyrənirdi, Corc və Aleks Sorosları yanına çəkirdi, digər tərəfdən də Wall Street-ə sızma əməliyyatını başladırdı.

Rus oliqarx (mətndə belə gedib – tərc.) Araz Ağalarovun Sorosla yaxınlaşması, ardınca qarşı-qarşıya gəlməsi önəmli idi. Araz Ağalarovun Trampla yaxın əlaqələr içində olması, “Wall Street”-dəki bir çox şirkətlə ortaqlıqlar qurması da medalyonun digər üzü idi. Ağalarovun ABŞ-da əldə etdiyi anlaşmaların arxasında Trampın komandasının olması rus oliqarxı çox güclü bir halına gətirirdi. “Dərin Amerika” da hər şeyi gözəl qeydə alırdı.

Tramp prezident olduqdan sonra “Dərin Amerika” “Rusiya əməliyyatı”nı başlatdı. Trampın komandasında kim varsa, Araz Ağalarov da daxil olmaqla, hamısının adı “qara siyahı”ya salındı. Tramp Soros ilə çox yaxın idi. Ötən o günlərdə Soros, Tramp və rus oliqarxları birlikdə hərəkət edirdilər. Putin Sorosu hədəfə alarkən, bəzi oliqarxlar Trampla birlikdə Sorosla eyni masada idilər. Bu gün isə Soros Trampın düşmənidir.

Həmin Soros 2018-ci ildə Davosda “Tramp administrasiyasını dünya üçün təhdid olaraq görürəm. Ancaq bu, müvəqqəti fenomendir, 2020-ci ildə yox olacaq” ifadələrini işlədirdi. Daha da geriyə getmiş olsaq, Sorosun çıxıb “Pulumla Buşu devirincəyədək mübarizə aparacam” dediyini görərik. Yəni, haradan haraya gəlib…

“Dərin Amerika” rus oliqarxların, Tramp və Sorosun əlaqələrini ən incə detallarına qədər çözərək, “Wall Street”-i də öz içinə həbs edirdi.

Bu gün neft əməliyyatının keçirildiyini bilirikABŞ şirkətləri də batdı. Ancaq reallıqda batan rus oliqarxlar, Tramp və Sorosla birlikdə hərəkət edən oliqarxlardır. Bir iddiaya görə, Putin “qara siyahı”da olan oliqarxları “Dərin Amerika”ya qurban verdi. Bu ehtimal yüksəkdir. Çünki 10 dollara enən xam neftin bir barreli bir həftə içində 25 dollara yaxınlaşdı. Bu da Putinə kiçik bir təşəkkür hesab oluna bilər.

Yaxşı, bəs Aleks Soros ilə Nana Merivezerin eşq macərasının sonu nə oldu? “Dərin Amerika”nın qərarını verdiyi gün Nana Merivezer Aleks Sorosdan ayrıldı.

Kimsənin heç bir anlam verə bilmədiyi o qədər sirli əlaqələr var ki, artıq bu durum da dəyişəcək. Çünki dərin əlaqələr illər ərzində “Dərin Amerika”nın öz qabığından çıxmamasını, gizli qalmasını təmin etmişdi. Avropada, Orta Şərqdə, Asiyada və digər yerlərdə bir çox iş adamının həyat yoldaşının da “Dərin Amerika” ilə əlaqəli olduğunu öyrənəcəyik. Bunu anlayan iş adamları daha da güclənir, anlamayanlar isə iflas edirlər.

Çox maraqlı bir adam da var – Melinda QeytsO, Dallaslı kosmos mühəndisi Raymond Jozef Frençin qızı, Bill Qeytsin də həyat yoldaşıdır. Heç şübhəsiz, o, bu gün dünyanın ən güclü qadınıdır. Trampdan belə, daha güclü olduğu bir çox yer var. Xanım Qeyts “Dərin Amerika”ya yaxındır. Melindanın Bill Qeytslə evlənməsi də təsadüf deyildi. Hələ 20 yaşında ikən kompüter dərsləri verən Melinda, Bilderberq klubunun toplantılarına qatılırdı. “Dərin Amerika”nın Bilderberqə sızan agenti idi. Bir ticarət sərgisində Bill Qeytslə tanış olur. Sonra Microsoft”-da işləməyə başlayır və Bill Qeytslə evlənir. Bu hekayə gözəldir, ancaq inandırıcı deyil. Bill Qeytslə Melindanın evlənəcəyi illər öncə planlaşdırılmışdı.

Bu gün “Dərin Amerika” koronavirusla bağlı Melinda Qeytslə birgə çalışır. Bəzən Trampla qarşı-qarşıya gəlmələri təbiidir. Melinda Qeytsin addımlarını diqqətlə izləməliyik. O, adi bir xeyriyyəçi deyil. Yeni dünya nizamı üçün çox önəmli parçaları yerinə qoyan bir ağıl sahibidir. Koronavirus mövzusunda da Qeyts ailəsi daima öndədir.

Lakin mediaya baxan zaman, Qeytslərin qlobal sərmayə ilə yaxın olduğu görünür. Bunun təsbiti də asandır. Ancaq hadisələrin inkişafı bunun əksini göstərməkdədirTramp da oliqarxları idarə edən ailələrə yaxın idi, indi sanki onlara qarşıdır.

Yazının lap əvvəlində altını cızdığım kimi, savaşın tərəfləri aydındır, ancaq bəlli ki, müəyyən oyunçular bəzi vəzifələri yerinə yetirməkdədirlər… Bu səbəblə, bəzən rənglər qarışır. Rolları tam olaraq anlaya bilmək üçün oyunun bitməsini gözləməkdən başqa çarəmiz yoxdur. Hamısı virusun ətrafında toplanmış durumdadırlar.

Soros, Trampı rüsvay etsə də, Çinə qarşı sərt duruş nümayiş etdirdiyinə görə onu çox təqdir edirdi. Çin lideri Şi Cinpinqi isə hərtərəfli tənqid edirdi. Onun barəsində “Çağın lideri deyil. Diktatordur” deyirdi. Çin də Sorosa “Yuana savaş açan adam” deyirdi.

Sorosun AB-ni dağıtmaq üçün ildə 1 milyon qaçqını Avropaya daşıması da ortada idi.

Savaş Çin-İngiltərə-Rusiya-ailələr-ABŞ vektorunda gedir. Yerdə qalan 190 ölkə də, o cümlədən Türkiyə də gedən bu savaşdan dolayısilə təsirlənməkdədir.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam