Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Ermənistana yeni missiya göndəriləcək -AÇIQLAMA

“Oktyabr ayında işə salınan Aİ-nin Ermənistanda Monitorinq Qrupunun mandatı bu gün başa çatır. Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, Avropa İttifaqının Ermənistandakı missiyası oktyabrın 20-də yerlərdə vəziyyətin monitorinqi, təhlili və hesabatlılıq məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib”.

Yenixeber.org: Bunu Avropa İttifaqı Şurası 

açıqlayıb.

“40 avropalı monitorinq ekspertinin yerləşdirilməsi effektiv olduğunu sübut edib və qeyri-sabit vəziyyətdə etimadın yaradılmasına töhfə verib. Bu gün biz Avropa İttifaqının Cənubi Qafqazda iştirakının yeni mərhələsinə keçid qrupu ilə başlayırıq ki, bu da son məqsədi regionda davamlı sülhü təşviq etmək olan Aİ-nin Ermənistanda mümkün uzunmüddətli missiyasına zəmin yaradacaq”, - Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

Məlumata görə, bu fonda Şura, Ermənistan hakimiyyəti ilə razılaşaraq, qərara gəlib ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyası (AİMM Gürcüstan) Aİ-nin təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin:

“Keçid planlaşdırılma yardım qrupunun həmçinin Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam