Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Baydenin seçki hazırlıqlarına başlanılıb -AÇIQLAMA

Baydenin komandası seçki hazırlıqlarına başlayıb
ABŞ Prezidenti Cozef Baydenin müşavirləri Amerika administrasiyasının hazırkı rəhbəri ikinci müddətə namizədliyini irəli sürmək qərarına gələrsə, onun seçki kampaniyasının aparılması məsələləri üzərində işləməyə başlayıb.
Yenixeber.org: Bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Baydenin komandası hazırda seçki qərargahı üçün yer seçimi kimi texniki məsələləri müzakirə edir, qərargahın 2020-ci ildə pandemiya başlamazdan əvvəl yerləşdiyi Filadelfiya (Pensilvaniya) ilə digər seçimlər nəzərdən keçirilir.
Bundan əlavə, müşavirlər Ağ Evin keçmiş rəhbəri Barak Obama ilə yenidən seçkilərin elan olunacağı tarixlə bağlı məsləhətləşmələr aparıblar. Qeyd olunur ki, 2011-ci ildə ABŞ-ın 44-cü prezidenti aprelin 4-də ikinci müddətə namizədliyini irəli sürdüyünü açıqlamışdı, bu tarix Amerika administrasiyasının hazırkı rəhbərinin komandası üçün təlimat ola bilər, lakin bununla bağlı yekun qərar onun tərəfindən ediləcək.
Bayden daha əvvəl 2024-cü ildə yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparmağı planlaşdırdığını bildirsə də, gələn ilin əvvəlinə qədər yekun qərar verməyəcəyi barədə xəbərdarlıq edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam