Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Fransanın Azərbaycana qarşı təxribatları davam edir

Arayik Arutyunyan Paris meri ilə görüşüb

Fransa Azərbaycanda separatçı elan olunmuş Qarabağdakı terrorçu dəstənin başçısı Arayik Arutyunyan və onun “nümayəndə heyəti”ni qonaq saxlamağa davam edir.
Yenixeber.org: Bir həfətən çoxdur ki, Fransada səfərdə olan və bu ölkənin müxtəlif rəsmi şəxslərilə görüşlər keçirən separatçılar indi də Marsel şəhərində merin qəbuluna gediblər.
Yerli rəhbərliklə görüşlərdə Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirilib, 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi "ermənilərə qarşı hərbi əməliyyat" kimi qiymətləndirilib.
Arayik Arutyunyan Fransa Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsindən məmnunuluğunu vurğulayıb, bunu Qarabağ separatçılarına verilən böyük dəstək adlandırıb.Marsel meri Beyna Payan əmin edib ki, Qarabağ separatçılarına humanitar yardım proqramlarının artırılmasına yönəlmiş səylər davam etdiriləcək

Separatçıların başçısı Provans-Alp-Kot d'Azur regionunun rəhbəri Renaud Muselier ilə görüşdə  Azərbaycanın “Artsaxa və Ermənistana qarşı təcavüzü”nü pisləyən və “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ”nu dəstəkləyən birgə “bəyannamə” imzalayıb.
Qarabağ separatçılarının Fransada təxribatlarının hələ bir neçə gün sürəcəyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam