Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ABŞ 5 min rusiyalıya sanksiya tətbiq edib -RƏSMİ

ABŞ fevralın 24-dən Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq 5 min rusiyalıya viza məhdudiyyəti tətbiq edib. Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi brifinqdə bildirib.

Yenixeber.org: Eyni zamanda, ABŞ Rusiya vətəndaşlarına viza verilməsinə tam qadağa qoyulmasının tərəfdarı deyil.

“Biz Putinin repressiyasından qaçanların, sığınacaq və ya təhlükəsizlik istəyənlərin yolunu kəsmirik. Bu, əziyyət çəkə biləcək rusiyalı dissidentlərə, hüquq müdafiəçilərinə aiddir”.

Prays onu da təsdiqləyib ki, ötən həftə, avqustun 18-də  Dövlət Departamenti Rusiya səfirini çağırıb. Vaşinqton həmçinin Rusiyanın Zaporojye atom elektrik stansiyasını işğal etməsindən narahatlıq ifadə edib və Kremldən qoşunlarını ərazidən çıxarmağa çağırıb.

Rus təbliğatçısı Daria Duqinanın qətlinə toxunan Prays bildirib ki, ABŞ istənilən yerdə mülki şəxslərə qarşı qəsdən hücumları “şərtsiz şəkildə pisləyir”.

O, həmçinin Ukraynanın Müstəqillik Günündə Rusiyanın gözlənilən hücumlarına münasibət bildirib və qeyd edib ki, ABŞ təcavüzə qarşı mübarizədə Kiyevə kömək etməyə davam edəcək.

"Biz Müstəqillik Gününü ukraynalı tərəfdaşlarımızla birlikdə qeyd edəcəyik. Bu, təkcə Ukraynanın müstəqillik günü olmayacaq, həm də bütün dünyada bayram olmalıdır", - o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam