Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Yens Stoltenberq Türkiyəyə təşəkkür edib-SƏBƏB

İyulun 22-də Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanan taxıl daşınması müqaviləsi çərçivəsində dünən ilk gəmi dənizə çıxıb. Dünyanın, belə demək mümkünsə, rahat nəfəs almasına imkan verən bu hadisədən sonra ilk açıqlama Zelenskidən gəlib.

Yenixeber.org: Dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir. Minlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən bu vəziyyət qlobal ərzaq böhranının qapısını açıb.

Türkiyənin bu problemi həll etmək cəhdləri öz bəhrəsini verib. İyulun 22-də İstanbulda Ukrayna Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) imzaladığı taxıl daşınması müqaviləsi çərçivəsində qarğıdalı yüklü RAZONİ yük gəmisi dünən Livana getmək üçün Odessa limanından yola düşüb.

Dünya mətbuatında geniş yer alan bu proseslə bağlı gözlənilən açıqlamanı Ukrayna prezidenti Zelenski verib. Gecə xalqa müraciətində bu məsələyə toxunan Ukrayna lideri taxıl daşınmasını “müsbət siqnal” kimi qiymətləndirib.

Bayram etmək üçün tez olduğunu bildirən Zelenski, aşağıdakı ifadələrdən istifadə edib: “Hazırda hər şey tərəfdaşların, xüsusən də BMT və Türkiyənin məsuliyyət daşıdığı təşəbbüsün təhlükəsizlik parametrlərinin həyata keçirilməsindən asılıdır”.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov taxılla yüklənmiş ilk ticarət gəmisinin Ukraynanın Odessa limanından çıxmasının "müsbət hal" olduğunu vurğulayıb.

"Ümid edirik ki, razılaşmalar bütün tərəflər tərəfindən həyata keçiriləcək və səmərəli işləyəcək",- deyə Peskov bildirib.

Bu yeniliklə bağlı dünya liderlərindən də müsbət mesajlar gəlib.

Belə ki, BMT-nin Baş katibi Quterreş bunu alqışlayaraq "bu daşınma qlobal ərzaq böhranına qarşı bölgədə lazımi sabitlik və rahatlığı gətirəcək" deyib.

Avropa Birliyi isə dünən elan edib ki, Ukraynadan taxıl daşınmasının bərpası Rusiyanın işğalı ilə kəskinləşən qlobal ərzaq böhranını yumşaltmaq üçün “ilk addım”dır.

NATO-nun baş katibi Yens Stoltenberq isə sosial media hesabından Ukrayna taxılının daşınması ilə bağlı açıqlama verərək “müttəfiqimiz Türkiyəyə əsas roluna görə təşəkkür edirəm” deyib.

Bu hadisə dünya mətbuatında da geniş işıqlandırılıb. Bir çox qəzetlər xəbərləri öz manşetlərində veriblər. Xəbərlərdə Türkiyənin diplomatik rolu vurğulanıb.

Xatırladaq ki, Koordinasiya Mərkəzi iyulun 27-də İstanbulda “Qara Dəniz Taxıl Təşəbbüsü” çərçivəsində yaradılıb.

Ukrayna, Rusiya, Türkiyə və BMT rəsmilərinin yaratdığı mərkəz Ukraynanın üç əsas Qara dəniz limanından kommersiya gəmiləri ilə dünyaya taxıl, digər ərzaq məhsulları və gübrələrin təhlükəsiz daşınmasını təmin edəcək.

Mərkəzdə Ukrayna, Rusiya, BMT və Türkiyədən 20 nəfərdən ibarət komanda çalışacaq. Komandaya Türkiyə admiralı rəhbərlik edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam