Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Türkiyə prezidenti Yunanıstana xəbərdarlıq edib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Afinanı beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa və “hərbisizləşdirilmiş zona” statusuna malik adalarda silah yerləşdirməkdən imtina etməyə çağırıb.

Yenixeber.org: İzmirdə keçirilən “Efes-2022” beynəlxalq təlimlər çərçivəsində çıxış edən dövlət başçısı qonşu Yunanıstanın təxribatçı və aqressiv hərəkətləri ilə bağlı Egey və Şərqi Aralıq dənizindəki gərginliyə diqqət çəkib.

"Türkiyə Egey bölgəsindəki hüquqlarından geri çəkilməyəcək və adaların “demilitarizasiyası” məsələsində beynəlxalq razılaşmalar əsasında bütün addımları atmağa hazırdır. Adalarda silah yerləşdirməyi dayandırın! Mən zarafat etmirəm!", - R.T.Ərdoğan qeyd edib.

Türkiyə lideri, həmçinin ölkənin müasir dövrdə üzləşdiyi çağırışlara da toxunub.

"Ölkəmiz terror təşkilatlarına qarşı uğurla mübarizə aparır, eyni zamanda qeyri-qanuni miqrasiyaya qarşı fəaliyyət göstərir.

Suriyada İŞİD terrorçularına qarşı döyüş meydanında mübarizə aparan Türkiyə idi ki, digər dövlətlər təhdidlər haqqlnda yalnız sözlə bəyan edirdi", - dövlət başçısı qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam