Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir-gündəlikdə Qarabağ da var

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.

Yenixeber.org: “TRT Haber” xəbər verir ki, Prezident Administrasiyasında baş tutan toplantıda Egey dənizi, Şərqi Aralıq dənizi və Kiprdəki proseslər, həmçinin Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti və terrorla mübarizə başda olmaqla strateji məsələlər müzakirə olunur.

Qarabağda atəşkəsə nəzarət etmək üçün yanvarın 30-da işə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin qiymətləndirilməsi də iclasın gündəliyində olan məsələlərdən biridir.

Bundan başqa, iclasda Suriyada son dövrlərdə baş verən proseslərlə yanaşı, Liviyadakı vəziyyət barədə də fikir mübadiləsi aparılır.

Türkiyə və Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizindəki problemləri müzakirə etmək üçün yenidən başladılan məşvərət danışıqlarında gəlinən mərhələnin qiymətləndirildiyi iclasda Türkiyə və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan qaynaqlanan haqlarının müdafiəsi istiqamətində atdıqları addımlar da müzakirə olunur.

Toplantıda həmçinin PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla terror təşkilatlarına qarşı aparılan əməliyyatlar, digər regional və milli təhlükəsizlik məsələləri müzakirə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam