Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Putinə ölüm arzulamaq olar-Sosial şəbəkə idarəçilərindən qeyri-adi addım

 Facebook və Instagram sosial şəbəkələri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı qeyri-adi addım atıb.

Yenixeber.org: Şəbəkə istifadəçiləri müharibə ilə bağlı mesajlarında Rusiya hərbçilərinə (hərbi əsirlər istisna olmaqla) qarşı zorakılığa, habelə Rusiya prezidenti Putini və Belarus prezidenti Lukaşenkonu öldürməyə çağırış edə bilərlər.

Meta-nın daxili elektron məktubunda bildirilir ki, platformanın siyasətindəki bu müvəqqəti dəyişiklik Azərbaycan, Ermənistan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukrayna seqmentinə aiddir. Məktubda qeyd olunur ki, liderlərin ölümünə çağırışa o hallarda icazə veriləcək ki, bu, müharibədən kənar məqsəd daşımasın, həmçinin bu çağırışda onların ölümünün məkan və metodları barədə məlumatlar yer almasın: “Biz, əvvəl olduğu kimi, Rusiyanın etimada layiq vətəndaşlarına qarşı zorakılıq çağırışlarına yol verməyəcəyik”.

Qeyd edək ki, bu qərar Rusiyada ciddi narazılıq doğurub. Rusiyanın Vaşinqtondakı səfirliyindən bildirilib ki, Meta-nin qərarı aqressiv və cinayətkar xarakter daşıyır, rusiyalılara qarşı düşmənçilik və nifrəti təbliğ edir. Rusiya səfirliyi Meta-nın “ekstremist fəaliyyətinin” dayandırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.(Reuters)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam