Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya koronavirusla alovlanır...” –Sərhədlərin bağlanması Lukaşenkonu qəzəbləndirib

 

 Onsuz da son zamanlar Rusiya rəhbərliyindən narazılığını gizlətməyən Aleksandr Lukaşenkonu rəsmi Moskvanın koronavirus səbəbilə Belarusla sərhədləri bağlaması daha da hiddətləndirib.

Yenixeber.rog: Lukaşenko Belarus mətbuatına verdiyi açıqlamada Rusiya hökumətinin bu qərarını sərt tənqid edib.

“Bütün Rusiya koronavirusla alovlanır”, deyə ironiya ilə bildirən Belarus prezidenti Moskvanın bu addımının məntiqsiz olduğuna işarə edib: “Bəs belədə kim kimdən bağlanmalıdır (qorunmalıdır-red.)? Ritorik sualdır”.

Lukaşenkonun qəzəblənməsinə səbəb sərhədlərin bağlanmasının Belarus iqtisadiyyatına ciddi zərbə vurmasıdır. Belarusda koronavirus epidemiyası ilə bağlı vəziyyətin, Rusiya başda olmaqla, əksər qonşu dövlətlərlə müqayisədə daha məqbul olduğu bildirilir. Ancaq buna baxmayaraq, artıq Ukrayna, Latviya, Litva və Polşa kimi qonşu ölkələr Belarusla sərhədlərini bağlayıblar. Son olaraq Rusiyanın da eyni addımı atması Belarusu blokada vəziyyətinə salıb.

Kremlin sözçüsü Dmitri Peskov Lukaşenkonun narazılığına cavab olaraq bildirib ki, yaxın qonşu və müttəfiq ölkə olan Belarusun onların bu addımını anlayışla qarşılayacağına ümid edirlər. O, əlavə edib ki, bütün ölkələr bu infeksiya ilə mübarizədə aktiv olmalıdırlar.

Belarusdakı vəziyyətə gəldikdə isə, Lukaşenko deyib ki, onlar üçün daha vacib olan və narahatçılıq yaradan ölkə iqtisadiyyatıdır. Prezident deyib ki, Belarus əhalisi koronavirusla bağlı özünü kifayət qədər adekvat aparır, səhiyyə işçiləri isə öz işlərinin öhdəsindən layiqincə gəlir. Lukaşenko həmçinin həmvətənlərini maska və digər qoruyucu ləvazimatlar almaq üçün apteklərə qaçmamağa, ajiotaj yaratmamağa çağırıb.

Qeyd edək ki, Rusiya hələlik, Azərbaycan və Finlandiya istisna olmaqla, bütün qonşu ölkələrlə sərhədlərini bağlayıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam