Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Jirinovskinin müharibə barədə PROQNOZU: "22.02.22 tarixində səhər 4-ü gözləyin" - VİDEO

Jirinovskinin müharibə barədə PROQNOZU: “22.02.22 tarixində səhər 4-ü gözləyin” – VİDEO

              “İmtina edirsiniz, onda 22 fevral səhər saat 4-ü gözləyin, görəcəksiniz”.

Yenixeber.org: Bu sözləri LDPR lideri Vladimir Jirinovski 21 dekabr 2021-ci ildə Dumada çıxışı zamanı deyib. O, 2022-ci ilin qeyri-sabit olacağını, Rusiyanın yenidən qüdrətli dövlət olacağını bildirir. Bunun üçün isə 22.02.22 tarixində səhər 04:00-ı gözləmək lazımdır.

“İmtina edirsiniz, onda biz başqa tədbirlər görəcəyik. Hansı tədbirlər, siz görəcəksiniz 22 fevral səhər saat 4-də. Mən istərdim ki, 2022-ci il sülh ili olsun, amma mən düzgünlüyü sevirəm, 75 yaşımda düzünü deyəcəm, bu il sakit olmayacaq. Bu il Rusiya yenidən qüdrətli dövlət olduğunu sübut edəcək. Hamı ağzını yummalı və bizə hörmət etməlidir. Yoxsa əksinə olacaq. Ona görə gəlin Rusiyanın dövlət siyasətini dəstələyək”, -deyə Jirinovski bəyan edib.

Bu, onu deməyə əsas verir ki, Jirinovski ötən ildən müharibənin başlayacağı barədə nəsə bilirdi.

Qeyd edək ki, Jirinovski koronavirusa yoluxub və hələ də xəstəxanadadır.

Xatırladaq ki, Rusiya Gürcüstana da 08.08.08 tarixində hücum etmişdi.

Nəticədə Gürcüstan Cənubi Osetiya və Abxaziyaya nəzarəti tamamilə itirdi.  Rusiya hər iki qondarma respublikanı tanıyıb.

Həmin kadrları təqdim edirik: (konkret)

Video Oynadıcı

Xuraman Etibarlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam