Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Jirinovski sülaləsi: 51 villa, 150 milyon dollar və otellər –Tədqiqat

Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin 51 daşınmaz əmlakı var.

Yenixeber.org: Bu, “Proekt.media” saytının apardığı tədqiqatdan sonra ortaya çıxıb.  Məlumata görə, bu daşınmaz əmlakların qiyməti 150 milyon dollar dəyərindədir.

Jirinovski bu daşınmaz əmlaklarının böyük hissəsi həyat yoldaşı və oğlu İqor Lebedevin adına rəsmiləşdirib. Bununla bərabər, Jirinovski əmlakının bir hissəsini qardaşı oğlu Pavel Jirinovski, qohumu olan deputat Aleksandr Balberov, nikahdankənar oğlu Oleq Eydelşteynin anası Janna Qazdarovun, bacısı Vera Jirinovskinin adına keçirib. Jirinovskinin həmçinin İspaniyada otellər, Kremlin qarşısında hostel sahibi olduğu vurğulanıb.

Bununla bərabər, Liberal Demokrat Partiyasının mandat alveri ilə də məşğul olduğu ortaya çıxıb. Belə ki, partiyanın Dumaya düşən deputatlarının bir hissəsinin mandat almaq üçün pul verdiyi, başqa bir hissəsinin Kreml tərəfindən təyin olunduğu, digər hissəsinin isə Jirnovskinin keçmiş köməkçiləri olduğu bildirilib. Jirinovskinin deputat olmaq istəyənlərə mandatı 200-500 milyon rubla satdığı açıqlanıb.

Bu pulların isə partiyanın Gənclər Fonduna ianə formasında keçirdiyi bəlli olub.  (Axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam