Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

1-2 gün dözəcəklər, sonra Rusiya... -Jirinovski yaxın aylarda başlayacaq müharibədən danışdı

1-2 gün dözəcəklər, sonra Rusiya... - Jirinovski yaxın aylarda başlayacaq müharibədən danışdı

Donbassda böyük müharibə çox yaxındadır. Rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski belə hesab edir. Onun fikrincə, hər şey təxribatla başlayacaq. “İlk bir-iki gün onlar dözəcəklər, sonra Rusiya köməyə gələcək...”, - Jirinovski bildirib.

Yenixeber.org: Litvaya qaçan belaruslu fəal Olqa Karaçla söhbətində Jirinovski deyib ki, Qərbə Ukrayna ancaq Rusiya ilə müharibə üçün lazımdır. Onun sözlərinə görə, müharibə çox güman ki, mayda başlayacaq.

“1941-ci ildə olduğu kimi böyük müharibə olmayacaq, amma qurbanlar olacaq. Donbass uğrunda, Luqansk uğrunda müharibə, Krıma qarşı vuruşmaq cəhdi”,-o deyib.

Siyasətçinin sözlərinə görə, Ukrayna tərəfi artıq müharibəyə hazırlaşıb və Donetsk vilayətinə qüvvələr cəmləşdirib. Və Ukrayna ordusu indiki halda Qərb üçün “top yemi” olacaq.

“Böyük təxribat üçün onlar ilk bir-iki günü dözəcəklər. Sonra hamısı məhv ediləcək. Donetsk özünü müdafiə qüvvələrinin köməyinə Rusiya gələcək, rusdilli vətəndaşları, Rusiya pasportu olanları qorumaq üçün. Onlar isə orada yüz minlərlədir”,-Jirinovski hadisələri belə proqnozlaşdırıb.

“Məğlub olacaqlar”,-siyasətçi Ukraynanı nəzərdə tutaraq əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağı hərbi yolla azad etməsindən sonra Donbass separatçıları ciddi təşvişə düşüb. Onlar narahatdır ki, Ukrayna ordusu da eyni ssenari ilə, Türkiyədən aldığı “Bayraktar”ları da tətbiq etməklə hücuma keçəcək. Ötən gün Rusiya mənbələri “Donetsk özünümüdafiə ordusu”undakı acınacaqlı vəziyyət barədə məlumatlar yaymışdı və orada deyilirdi ki, Ukraynanın yazda gözlənilən hücumu ərəfəsində separatçıların ordusunda texnikanın yarıdan çoxu “metallom”dur, muzdlulara maaş verilmir, təchizat çox pisdir, motivasiya yoxdur. Ən adi hərbi vasitələr belə çatışmır. (virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam