Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türk professor Rusiyanı qarışdırdı:“Ankara ilə Moskva Kipr, Krım və Qarabağ məsələsində ortaq məxrəcə gəliblər”

 
Türkiyənin  Maltepe universitetinin professoru Həsən Ünalın Rusiyanın Lenta.ru saytına verdiyi açıqlama Moskvada ajiotaj yaradıb. 

Yenixeber.org: Məlumata görə, Türk professorun fikirlərinə Rusiya rəsmiləri münasibət bildirməli olublar.

Türk professor dünən Moskva ilə Ankaranın Şimali Kipr, Qarabağ və Krım məsələlərində ümumi razılığa gəldiklərini, ortaq maraqlar naminə bir-birinə güzəştə getdiklərini bildirib.
 
Profssorun fikrincə, Türkiyənin iki dövlətli Kirp adası strategiyası Kremlin də maraqlarına uyğundur. Çünki “birləşmiş Kipr” NATO-nun üzvü ola bilər və məhz bu səbəfən də Rusiya bunu istəmir. Rusiyanın bu güzəşti müqabilində isə Ankara Krım məsələsində Moksvaya güzəştə gedə bilər.
 
“Rusiya Kipri tanıyan kimi, Türk Hava Yolları da Krıma birbaşa uçuşlarını bərpa edə biləcək və Türk rəsmiləri Krımın Ukraynanın bir hissəsi olduğu ritorikasını tərk edəcəklər”, - Unal belə deyib.
 
Qarabağ probleminə gəlincə, professorun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında bu barədə ümumiyyətlə, fikir ayrılığı yoxdur.
 
“Hər iki ölkə münaqişə əsnasında mövqelərini nəzərə çarpacaq dərəcədə göstərdilər və bu da nəticə etibarilə Rusiya ilə Türkiyə arasındakı münasibətlərə fayda gətirdi. Hər iki ölkə Azərbaycan ilə Ermənistan arasındakı etimadı gücləndirmə çalışmalarını davam etdirəcəklər”, - Ünal belə deyib.
 
Türkiyə ilə Azərbaycan arasında bağlanan "Şuşa Bəyannaməsi"ndən danışan professor, sənəddə müəyyən psixoloji cəhətin mövcudluğunu da etiraf edib.
 
““Bir xalq, iki dövlət” şüarı boş sözlər deyil, lakin bu bəyannamə Rusiyaya qarşı yönəlməyib. Bölgədəki durumun mövcud təbiətini əks etdirir. Əslində on illərdir mövcud olanlardan bəhs edir. Ankara həmişə bacardığı qədər Bakının müdafiəçisi olub. Ancaq bu, yalnız Azərbaycan öz müdafiəsi üçün hərəkət etdiyi müddətcə - torpaqlarını müdafiə etdikdə və ya geri qaytardıqda işləyir. Və Azərbaycanı bir növ qarşıdurmaya sövq etməyə çalışmır.
 
Fikrimcə, Türkiyə və Rusiya bu məsələdə həmfikirdirBuna görə də ərazilərin Azərbaycan tərəfindən azad edilməsində Ankara ilə Moskva arasında heç bir anlaşılmazlığı olmadığı görünür ”.
 
Türk professoruna Kremlin mətbuat katibi Dmitri Peskovun cavabı isə konkret olub. O, cavabında bildirib ki, Rusiya öz regionlarını heç vaxt danışıqlar mövzusu etməyib və etməyəcək.
 
Rusiyanın Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Sergey Tsekov isə Lenta.ru-ya mövzu ilə bağlı açıqlamasında Türk professorun Krımın tanınması haqqında fikirlərini alqışlayıb: "Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması, təbii ki, bizim üçün son dərəcə müsbət variantdır”.
 
Bununla belə, Tsekov Krımın tanınmasının tezliklə baş verəcəyinə yox, bunun tədricən reallaşacağına inanır:
 
Dünya hələlik dərk edə bilmir ki, beynəlxalq hüquq yalnız ərazilərin bütövlüyünü deyil, həm də insanların öz müqəddəratını təyin etmək hüququnu tanıyır. Təəssüf ki, dünya ərazi bütövlüyü məsələsinə ilişib qalıb, baxmayaraq ki, sərhədlərin toxunulmazlığı öz müqəddəratını təyinetmə hüququndan daha az əhəmiyyət kəsb etmir. Lakin dövlətlər Kosovoda olduğu kimi, özlərinə sərfəli olanda həmişə bunu etiraf edirlər. Hər halda, Rusiya Krıma sahib çıxıb və bu, sevindiricidir. Həll edilməmiş ərazi məsələləri kompleks şəklində dünya birliyi tərəfindən çözülməlidir. Hər halda, dünya buna tədricən yaxınlaşır", - deyə Rusiya senatoru bildirib.
 
Qeyd edək ki, Tsekov nə qədər nikbin olsa da, beynəlxalq hüquq ərazilərin bütövlüyü məsələsinin daha önəmli haqq olduğunu qəbul edir və ötən ay ABŞ-la Böyük Britaniya arasında imzalanan Yeni Antlantik Xartiyasında bu məqam bariz şəkildə öz əksini tapıb. Yeni Antlantik Xartiyası İkinci Dünya müharibəsi ərəfəsində yenə Böyük Britaniya və ABŞ arasında bağlanan ilk xartiyadan məhz bu tərəfi ilə seçilir. İlk xartiyada xalqların öz müqəddəratını təyinetmə hüququ ön plana çıxmış və müharibədən sonra müstəmləkə ölkələrin dövlət qurmaq hüququ tanınmışdı. Böyük imperiyaların rəsmən çöküş prosesi də məhz bundan sonra başlamışdı.
 
Ötən ay bağlanan sonuncu xartiyada isə ərazilərin bölünməzliyi prinsipinə daha çox üstünlük verilməsi də təsadüfi deyil. Rusiya keçmiş sovet ölkələrinin hər birinin ərazisində separatçı “qarmaqlar” yaradaraq, onları öz əlində tutmağa çalışır. Üstəlik, həmin separatçı qruplara dövlətlərini qurmaq haqqı da verilmir, sadəcə regionu nəzarətində saxlamaq üçün sözügedən qüvvələrdən süi-istifadə edilir. Bu da zəif dövlətlərin mövcudluğu, müstəqillik və suverenliyini təhlükə altına atır. Sözsüz ki, dünya birliyinin bu oyuna getməsi böyük müharibələrə və qanlı hesablaşmalara gətirib çıxara bilər. Odur ki, hələ uzun müddət dünya birliyinin yenidən xalqların öz müqəddəratını təyinetmə hüququna dönəcəyi inandırıcı görünmür.
 
Digər tərəfdən, Krım məsələsi ilə Şimali Kirp problemini eyniləşdirmək də mümkün deyilKrım faktiki mövcud olan və dünya tərəfindən tanınan bir dövlətdən ilhaq yolu ilə qoparılan ərazidir. Kirp isə 1878-ci ildə Böyük Britaniya tərəfindən alınsa da, I Dünya müharibəsinə qədər Osmanlı imperiyası tərəfindən idarə olunmuş və Osmanlının əks cəbhədə yer alması ilə Böyük Britaniya tərəfindən rəsmən ilhaq edilmişdi.
 
 II Dünya Müharibəsindən sonra Böyük Britaniyanın müstəmləkəçiliyindən çıxmağa çalışan yunanlar 1950-60-cı ildə müstəqilliklərini elan etsələr də bu təşəbbüsləri nəticə verməmişdi. İngiltərənin onlar qarşısına qoyduğu arqument isə adadakı türklərin də öz müqəddəratını təyinetmə hüququnun olması tezisi idi. Beləcə, adada yunanlarla türklər üz-üzə gətirilmiş, böyük qətliamlar yaşanınca 1974-cü ildə Türkiyə öz qarantorluq haqqından istifadə edərək adaya hərbi müdaxilə etmişdir.  Nəticədə proseslər adada iki dövlətin formalaşmasına qədər gəlib çıxmışdır. Başqa sözlə desək, Kirpin müstəqil dövlət kimi tanınması məsələsi əslində öz həllini tapmayıb və hər iki tərəf II Dünya Müharibəsindən sonra xalqlara verilmiş öz müqəddəratını təyinetmə hüququndan yararlanmağa çalışırlar.(ovqat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam