Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Şimali Kipr baş naziri Azərbaycan deputatları ilə görüşdü-Bakıdan dəstək istədi

Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başlayıb. 

Yenixeber.org: Nümayəndə heyətinə Milli Məclisin xarici əlaqələr komitəsinin və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov rəhbərlik edir. Bu, Azərbaycandan Şimali Kiprə ilk belə səfərdir.

Şimali Kipr KİV-ləri xəbər verir ki, bir neçə saat əvvəl Lefkoşada baş nazir Ersan Saner Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə söz alan Səməd Seyidov deyib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi Şimali Kiprin haqlarını və ədaləti müdafiə edəcək. Onun sözlərinə görə, Şimali Kiprə səfər edən nümayəndə heyətinin tərkibində həm müxalifəti (Erkin Qədirli nəzərdə tutulur), həm iqtidarı təmsil edən, həm müstəqil deputatlar yer alır. Və Seyidovun dediyi kimi, Kıbrıs məsələsində Azərbaycanda iqtidar-müxalifət söhbəti yoxdur.

 

S.Seyidov Şimali Kiprə Türkiyədən gəldiklərini xatırladıb: “Bu da bizim torpağımızdır. Türk dünyasının Türkiyəsi var, türk dünyasının Azərbaycanı var, türk dünyasının Şimali Kipri var”. O, səfərin iyulun 19-da bitməsinin planlaşdırıldığını deyib, amma bildirib ki, iyulun 20-də Türkiyə prezidenti Ərdoğan da  Şimali Kiprə gələcək. Ona görə də səfərin vaxtını bir gün uzadıblar.

Azərbaycandan Şimali Kiprə ilk dəfə bir siyasi heyətin gəldiyini, ancaq bundan sonra səfərlərin davamlı olacağını qeyd edən S.Seyidov bildirib: “Biz istəyirik ki, Şimali Kipr güclü olsun. Türk dünyası yüksələcək. Bunun üçün Türkiyə, Azərbaycan və Şimali Kipr bir olmalıdır”.

 

 

Baş nazir Saner isə Azərbaycanın Avropa Şurasında Şimali Kipr türklərinin mübarizəsini dəstəklədiyini vurğulayıb. “Milli mübarizəmizdə bizimlə birlikdə olduğunuz və bizlərə dəstək verdiyiniz üçün sizlərə ürəkdən təşəkkür edirəm”,- o bildirib.

Baş nazir yunan Kipri ilə danışıqlar və adada sülhün əldə edilməsinə dair türk tərəfinin mövqeyi haqda məlumat verərək deyib ki, Şimali Kipr türk xalqı adada iki ayrı dövlət modelinə əsaslanan həll yolunun tərəfdarıdır. Və bu modeli dəstəkləyən Ersin Tatarı seçkilərdə prezident seçib. Saner hökumət olaraq və Milli Birlik Partiyasının başqanı kimi adada iki bərabərhüquqlu dövlət modelinə əsaslanan nizamlama işində prezidenti dəstəklədiklərini deyib.

“İnanıram ki, Azərbaycan da bizlərə bu məsələdə qarşıdakı proseslər zamanı  Türkiyə ilə birlikdə dəstək olacaq”,-Saner bildirib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam