Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ankara general Həftərin Tripolini ələ keçirməsinə mane olmaq istəyir” –Politoloq Türkiyənin Rusiya ilə anlaşa biləcəyini deyir

“Türkiyə Liviyaya ordu göndərmək istəyir. Bu haqda Türkiyə przidenti Rəcəb Təyyub Ərdoğan mətbuata müsahibəsində bildirib. Məsələ burasındadır ki, müxalif general Xəlifə Həftərin silahlı birlikləri Liviyanın paytaxtı Tripolini ələ keçirməyə çalışır. Tripolidəki hökumət isə Türkiyədən kömək istəyir”.

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Aralıq dənizində Türkiyəyə qarşı bir sıra ölkələr biləşiblər.

Politoloq Yunanıstan, Yunan Kipri, Misir və İsrail Aralıq dənizində enerji reruslarının istismarıyla bağlı əməkdaşlıq etməsini xatırladıb: “Bu əməkdaşlıq, həm də Türkiyənin əleyhinədir. Ərdoğan bunu yeni “Sevr anlaşması” adlandırır. Əgər general Həftər Liviyanın tamamını ələ keçirsə, Liviya da Aralıq dənizindəki anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də, Ankara general Həftərin Tripolini ələ keçirməsinə mane olmaq istəyir”.

Gerenal Həftəri dəstəkləyənlər arasında Rusiyanın da olmasına gəlincə, E.Şahinoğlu xatırladıb ki, Kremlin dəstəklədiyi və rus muzdlulardan formalaşan qeyri-leqal “Vaqner” silahlı birləşməsi Liviyada general Həftərə dəstək verir: “Rusiya Türkiyə ilə müxtəlif məsələlərdə əməkdaşlıq edir, Suriyada birlikdə qayda-qanun yaratmağa çalışırlar. Liviyada Türkiyə və Rusiyanın maraqları tərs düşsə, iki ölkə arasındakı münasibətlərdə çat əmələ gələ bilər. Bu, nə Moskvanın, nə də Ankaranın maraqlarına cavab verir.

Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda Ərdoğanla birgə “Türk axını” boru xəttinin açılışında iştirak edəcək. İki lider Liviya mövzusunu da müzakirə edəcəklər. Böyük ehtimalla Rusiya və Türkiyə Suriya məsələsində əməkdaşlıq etdikləri kimi, Liviya məsələsində də ortaq məxrəcə gəlməyə çalışacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam