Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şimali Kipr Türk Respublikası - yunan Kiprinə əməkdaşlıq təklif edib

Şimali Kipr Türk Respublikası (ŞKTR) BMT vasitəsilə Kipr adasının ətrafındakı karbohidrogen yataqlarının tədqiqatı və istismarı ilə bağlı yunan Kiprinə əməkdaşlıq təklif edib.

Yenixeber.org: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) yaydığı açıqlamada bu əməkdaşlığı dəstəklədiyini bəyan edib.

“Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının imzaladığı Kipr adası ətrafındakı karbohidrogen yataqlarının tədqiqatı və istismarına aid yeni əməkdaşlıq layihəsi BMT vasitəsilə yunan Kiprinə təqdim olunub. Bu əməkdaşlıq təklifinin əhəmiyyətini qiymətləndiririk. Bu əməkdaşlıq təklifi qəbul olunarsa, regional sülhün, bərabərliyin, sabitliyin və əməkdaşlığın inkişafına və Kipr münaqişəsinin həllinə zəmin yaranar”, – XİN-in açıqlamasında bildirilib.

Türkiyə XİN BMT və Avropa İttifaqını əməkdaşlıq təklifini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Türkiyənin Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarışı və istismarı ilə bağlı fəaliyyəti Yunanıstan və Yunan Kiprinin etirazına səbəb olub. May ayında Türkiyə bayrağı altında “Fatih” qazma gəmisi Kiprin qərb sahilindən 75 kilometr məsafədə qazma işlərinə başlayıb və daha sonra Ankara əraziyə daha bir qazma gəmisi göndərib. Rəsmi Afina və Yunan Kipri gəmi heyətinin həb edilməsi ilə bağlı Türkiyəyə xəbərdarlıq edib və Avropa İttifaqını Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam