Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Pensiya və müavinətlər artacaqmı? -ŞƏRH

Deputat: “Gələn il iqtisadiyyatımız yenidən özünün dirçəlmə mərhələsinə qədəm qoyacaq. Əhalinin sosial rifahı cənab prezidentin diqqət mərkəzindədir”

Yenixeber.org: Vətəndaşlar pensiya və müavinətlərin az olmasından şikayətçidir. Onlar aldıqları pensiyaların yetərli olmadığını, istehlak səbətinə daxil olan ən zəruri məhsulların qiymətinin isə günü-gündən artığını bildirirlər. Gizli inflyasiya var və bu, əhalinin gəlirlərini “əridir.” 

Bəs, hökumət hansı adekvat addımları ata bilər? Pensiya və müavinətlərin məbləğinin artırılması ilə bağlı gözləntilər varmı?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya və müavinətlərın məbləği ilə bağlı hər zaman narazılıqların olduğunu söylədi:

“Yalnız ölkəmizdə deyil, bütün dünyada belədir. İnsanlar hər zaman əməkhaqqı, pensiya və müavinətlərin azlığından şikayət edirlər. Biz müqayisə apardığımız zaman həqiqəti ortaya çıxara bilərik. Əgər 2019-cu ilə qədər Azərbaycanda yaşayış minimumu 116 manat idisə, indi bu rəqəm 250-dir. Məbləğ iki dəfədən çox qalxıb. Pensiyalar da minimum yaşayış səviyyəsində idisə, hazırda minimum pensiya artıq 200 manatdır. Müavinətlərdə də xeyli artım var. Yeni meyarlar tətbiq olunduqdan sonra gələn ildən pensiya və müavinətlərin də faiz dərəcələrinə uyğun olaraq differensial şəkildə artımını müşahidə edə biləcəyik. Bundan ötrü həm “Pensiyalar haqqında” qanuna, həm də “Sosial müavinətlər haqqında” qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur”.

Millət vəkili əlavə etdi ki, ölkə başçısının siyasəti əhalinin sosial müdafiəsinin, xüsusilə də aztəminatlı insanların sosial müdafiəsinin daim gücləndirilməsi istiqamətinə yönəlib:

“Son iki ili bir qədər çətinliklər oldu. İstədiyimiz, nəzərdə tutduğumuz artımları 2019-cu ildən sonra davam etdirə bilmədik. Bildiyimiz kimi, 2020-ci ildə koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına böyük zərər vurdu, iqtisadi əlaqələr kəsildi, iqtisadi artım dayandı, xüsusilə qeyri-neft sektorunun böyük hissəsi uzun müddət fəaliyyət göstərmədi. Bütün bunlara baxmayaraq, yenə də cənab prezidentin tapşırığı ilə sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriya vətəndaşlarımızın ehtiyaclarının ödənilməsi üçün tədbirlər görüldü. Bütövlükdə dörd milyard manata yaxın büdcə vəsaiti məhz bu istiqamətlərə yönəldi. Ona görə, pensiya və müavinətləri ötən il nəzərdə tutduğumuz şəkildə artıra bilmədik. Ötən ilin sentyabrında 44 günlük Vətən müharibəsi də bütün bunlara təsir edən amillərdən oldu. İstər qalibiyyət, istərsə də məğlubiyyətlə yekunlaşsın, bütün müharibələr dövlətlər üçün əlavə yükdür. Düzdür, bəzi rəqəmlər ictimaiyyətə açıqlanmır, amma müharibənin iqtisadiyyata müəyyən qədər mənfi təsirləri oldu. Bütün bunların hamısı dövlət büdcəsindən gedən xərclərdir. Sabitləşmə dövrü başlamaq üzrədir. Gələn il iqtisadiyyatımız yenidən özünün dirçəlmə mərhələsinə qədəm qoyacaq. Əhalinin sosial müdafiəsi və sosial rifahı cənab prezidentin diqqət mərkəzindədir”.

İqtisadçı ekspert Rəşad Həsənov bu məsələnin araşdırma tələb edən məsələ olduğunu bildirdi:

“Bunun bir elmi əsası olmalıdır. Həmin elmi əsası formalaşdıran mexanizmlər var: ehtiyac meyarları, yaşayış minimumu. Bu gün Azərbaycanda rəsmi şəkildə təsdiq edilmiş yaşayış minimumu və ehtiyac meyarı şəffaf və bazara adekvat təşkil olunmalıdır. Məsələn, bir çox hallarda hesablamalar zamanı hansı qiymətlərin nəzərə alınması məsələsi mübahisə doğurur. Çünki DSK-nin təqdim etdiyi mal və xidmət üzrə qiymətlər real bazarda özünü doğrultmur. İnflyasiyanın, ehtiyac meyarları və yaşayış minimumunun hesablanması zamanı da belə nöqsan ortaya çıxır. Bu məqam aradan qaldırılmalıdır.

İkincisi, keyfiyyət məsələsinə diqqət ayrılmalıdır. 2004-cü ildə Nazirlər Kabineti istehlak səbətinin strukturuna baxıb və təsdiq edib. O dövrdən indiyə qədər insanların həyat tərzində kifayət qədər ciddi istiqamətlər üzrə dəyişimlər baş verir. Bu dəyişikliklər mütəmadi nəzərə alınmalıdır. İstehlakın strukturu dəyişir. İstehlak səbətinə artıq yeni-yeni elementlər daxil olur, bəzi elementlər çıxır”.

İqtisadçı onu da xatırlatdı ki, Azərbaycanda gözlənilən orta pensiya müddəti 12 il (144 ay) təsdiq edilib:

“Bu, 2006-cı ildə təsdiq edilib ki, o zaman pensiya yaşı kişilər və qadınlar üçün orta hesabla 61 idi. İndi isə bu dəyişiklik 65 yaşa doğru gedir. Azərbaycanda orta ömür isə 71 yaşdır. Adam 65 yaşında pensiyaya çıxırsa, bu, o, deməkdir ki, həmin şəxs 6 il pensiya almış olur. Bu, onun pensiya həddinin iki dəfə azalmasına gətirib çıxarır. Bu məqamlar nəzərə alınmalıdır. Daha yaxşı olar ki, yaş həddi azaldılsın. Amma yaş həddi azaldılmadığı təqdirdə, heç olmasa, insanların pensiya məbləğlərində dəyişiklik edilsin, 144 aya deyil, yığılmış pensiya kapitalını 72-yə bölməklə real olaraq gözlənilən pensiya dövrünə bölünməklə hesablansın. Bu zaman orta aylıq pensiyanın həcmi iki dəfə artar ki, bu da pensiya sisteminin təşviq ediciliyinə, insanların əmək bazarında öz əmək fəaliyyətini leqallaşdırma cəhdlərinin artmasına gətirib çıxara bilər”.(pressklub) 

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam