Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Ötən dövrdə 71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib.
Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 2 pensiya və 19 müavinət-təqaüd növü üzrə olmaqla 21 elektron təyinat sistemi işə salınıb.

Həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 71 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb.

O cümlədən, 21300-dən çox şəxsə e-qaydada pensiya, 49700-dək şəxsə e-qaydada müavinət və təqaüd təyin edilib.

Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmayıb. Həmin sosial ödənişlər məmur-vətəndaş təması olmadan, avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunub.

Digər bir sıra sosial təminat növləri üzrə təyinatların da elektronlaşdırılması işləri aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam