Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əlillərin müavinəti artırılacaq? –Rəsmi cavab

manat_180215 (1)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında növbəti ildə əlillərin pensiyasının artımı ilə bağlı sualı cavablandırıb.

Yenixeber.org: Məlumata görə, nazir müavini bildirib ki, əlillər daim diqqət mərkəzindədir: “Bizim pensiya sistemimiz sığorta prinsiplərinə əsaslanır. Bura əlilliyə, yaşa və ya ailə başçısını itirməyə görə pensiyaya çıxanlar daxildir”.

İ.İsayev qeyd edib ki, pensiya fərdi şəxsə hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir: “Əlillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır”.

Nazir müavini vurğulayıb ki, Azərbaycanda əlillər pensiya ilə yanaşı, müavinət də alırlar: “Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə də işlər görüləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam