Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Paşinyan ifşa olundu

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan raketsiz Su-30 qırıcı təyyarələrinin alınması barədə açıqlaması müzakirələrə səbəb olub.
Yenixeber.org: Sosial şəbəkə istifadəçiləri Paşinyanın yalan danışdığını ifşa ediblər. Belə ki, baş nazirin 2020-ci ilin yayında həmin təyyarələrin raket sınağından keçirildiyi barədə bəyanatını xatırladıblar.

Məlumat üçün bildirək ki, şənbə günü Paşinyan İrəvanın Moskvadan Su-30SM təyyarələrini alarkən onların döyüş sursatının olmadığını deyib. O bildirib ki, qırıcı təyyarə Ermənistana mayda gətirilib. Bundan əvvəl isə Paşinyan təyyarələrin 2019-cu ilin dekabrında gətirildiyini bəyan etmişdi.

Erməni baş nazir təyyarələrin raketsiz olmasına görə məsuliyyəti özündən əvvəlki hakimiyyətin boynuna qoyub. O hesab edir ki, əgər əvvəlki hakimiyyət təyyarələri alsaydı, daha sonra raketləri ala bilərdi:

"Bizə deyirlər ki, nə üçün siz təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, may ayında təhvil verildi. Ancaq biz müharibəyə qədər raket ala bilmədik. Təyyarələri siz alardınız, biz də raketləri alardıq. Niyə 26 yaşlı dövlətin döyüş təyyarələri yox idi?".

Paşinyanın bu fikirləri birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri buna cavab olaraq, Paşinyanın 2020-ci il iyulun 3-də yaydığı videonu paylaşıblar.

Həmin videoda baş nazir bildirir ki, Su-30SM qırıcıları "döyüş atışları" ilə məşq uçuşları keçirir, "hücum əməliyyatları" üçün hava-yer tipli raketlərin sınağını aparır.

Xatırladaq ki, Rusiyadan alınan Su-30SM qırıcılarının döyüş sursatlarının olmaması barədə ilk dəfə Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri, general Movses Akopyan açıqlama verib. Onun fikrincə, Rusiya başqa dövlətlərə 130 km mənzilli raketləri satmır. Ermənistan hökuməti isə onun bəyanatını təsdiqləməmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam