Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyana 4 Su-30SM, özü də “su qiymətinə”...-Detallar məlum oldu

 

Ermənistanın Rusiyadan Su-30SM çoxfunksiyalı qırıcılarını almasına dair bağladığı müqavilənin təfərrüatları məlum olub.

Yenixeber.org: “Kommersant” qəzetinin yazdığına görə Rusiya tərəfi Ermənistana 4 belə qırıcı satacaq. Özü də ciddi güzəştlərlə: təyyarələri nəinki Rusiyanın ayırdığı güzəştli silah krediti hesabına satacaqlar, üstəlik texnikanın qiyməti də ixrac qiymətindən xeyli ucuz, Rusiya ordusu üçün nəzərdə tutulan qiymət olacaq.

 Qəzet yazır ki, bunu Ermənistan üçün, həm baş nazir Nikol Paşinyan üçün mühüm hadisə hesab etmək olar. Çünki on illərdən bəri ilk dəfə Ermənistan Hərbi Hava Qüvvələri işlənmiş deyil, yeni aviatexnika alacaq.

 Xatırladaq ki, qırıcıların alınmasına dair müqavilənin bağlandığı haqda ötən gün Ermənistan Müdafiə Nazirliyindən “Sputnik”ə bildirmişdilər. Lakin alınacaq təyyarələrin sayını və digər təfərrüatları açıqlamamışdılar. Amma bildirmişdilər ki, Rusiyanın ayırdığı növbəti güzəştli silah krediti (100 milyon dollar) çərçivəsində silahların alınması reallaşmaq üzrədir. “Rosoboroneksport” isə şərh verməkdən imtina edib.

Bununla belə Rusiyanın aviasiya sənayesindəki müəssisələrdən birinin top-meneceri deyib ki, müqavilənin şərtinə əsasən Ermənistan 2020-ci ildə 4 Su-30SM qırıcısı alacaq. Bu təyyarələr İrkutsk aviasiya zavodunda istehsal olunur.

Sövdələşmə KTMT xətti ilə əldə edilib. Müqavilə kommersiya xarakterli hesab edilsə də təyyarələrin alınması Rusiyanın ayırdığı güzəştli kredit hesabına həyata keçirilir. Ermənistan HHQ üçün hər maşının qiyməti Rusiya silahlı qüvvələri üçün nəzərdə tutulan qiymət olacaq”-mənbə deyib.

4+ nəsil Su-30SM qırıcılarının bazar qiyməti 50 milyon dollara yaxındır. Lakin silahlanmadan və modifikasiyadan asılı olaraq qiymət arta, yaxud azala bilər. Belə ehtimal etmək olar ki, Rusiya bu təyyarələrin birini Ermənistana cəmi 25 milyon dollara satacaq. Yəni təxminən yarı qiymətə.

“Kommersant”a danışan mənbə deyib ki, Rusiya tərəfindən bu cür sövdələşmə Ermənistan üçün əsl hədiyyədir. Müqaviləyə əsasən erməni təyyarəçilər bu qırıcıları idarə etmək üçün Rusiyanın hərbi təhsil müəssisələrində hazırlıq da keçəcəklər.

Bildirilir ki, erməni hərbçiləri Su-30SM qırıcılarına hələ 2010-cu ildən maraq göstəriblər və HHQ-nin köhnəlmiş sovet təyyarələrindən ibarət parkını yeniləmək istəyiblər. 2012-ci ildə Moskva ilə Yerevan müqavilə də bağlayıblar, bu müqaviləyə əsasən Ermənistan bir neçə il ərzində azı 12 belə təyyarə almalıydı. Lakin müqavilə sifarişçinin maliyyə çətinlikləri üzündən qüvvəyə minməyib. Sonradan tərəflər bir neçə dəfə bu məsələni müzakirə etsələr də razılığa gələ bilməyiblər. Rusiya tərəfi təyyarələri güzəştli kredit hesabına, daxili bazar qiymətinə satmağı təklif etsə də Ermənistan yenə razılaşmayıb, çünki başqa silahlar almaq zərurəti var idi. Məsələn, Ermənistan Rusiyadan bir diviziyon “İsgəndər-M” operativ-taktiki raket kompleksi alıb, üstəlik Rusiya ona güzəştli kredit hesabına daha 300 milyon dollarlıq silah satıb.

Təyyarələrin alınması məsələsinə isə tərəflər Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra qayıdıblar. Doğrudur, bu dəfə maliyyə çətinliklərinə görə Ermənistan 6 təyyarə istəyib. Daha sonra rəqəm 4-ə enib. “Heç olmamaqdansa belə yaxşıdır”-Rusiya hərbi sənaye dairələrindəki mənbə deyib.

“Mahiyyətcə bu Ermənistanın Nikol Paşinyanın dövründə imzaladığı llk müqavilədir. Bizim üçün KTMT üzrə müttəfiqin yanında mövqelərimizin möhkəm olmasına əmin olmaq vacibdir”-mənbə izah edib.

Xatırladaq ki, ötən ilin iyununda Nikol Paşinyan Erebuni aviabazasında Su-30SM qırıcısının pilot kabinəsində çəkilmiş fotosunu yaymışdı. Təyyarəni Paşinyana nümayiş etdirmək üçün gətirmişdilər.

“Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolovun sözlərinə görə, Ermənistan üçün hətta kiçik partiyada da olsa Su-30SM qırıcılarının alınmasını mühüm hadisə saymaq olar. Lakin onun sözlərinə görə, Azərbaycanın bu sövdələşməyə reaksiyası mənfi olacaq. “Bu Rusiya-Ermənistan müqaviləsi Bakını təşviq edə bilər ki, yeni təyyarələr alsın, hökmən Rusiyadan yox, lap elə Pakistandan”-o deyib.

Xatırladaq ki, Azərbaycan neçə vaxtdır Pakistan-Çin istehsalı olan 4-cü nəsil JF-17 qırıcılarını almağa maraq göstərir. Söhbət onlarla belə təyyarədən gedə bilər. Eyni zamanda Rusiyanın Ermənistana Su-30SM qırıcılarını satması Azərbaycanı digər alternativlərə də əl atmağa sövq edə bilərdi. Bu günlərdə prezident İlham Əliyev Davosda Rusiya telekanalına müsahibəsində bildirib ki, Azərbaycan Rusiya ilə yeni iri silah müqavilələri bağlayıb. Amma bu müqavilələr çərçivəsində hansı silahların alınacağına dair məlumat yoxdur.(virtualaz)

F.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam