Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Misli görünməmiş miqdarda silah almışıq...”-Hansı pulla?

2018-ci ilin mayından 2020-ci ilə qədər (2020-ci il büdcəsi hesaba alınmaqla) Ermənistanın müdafiə xərcləri 66 milyard dram və ya 28 faiz artıb.

Yenixeber.org: Bu haqda baş nazir Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı deyib. Əlavə edib ki, 2018-ci ilin mayından, yəni o hakimiyyətə gələndən bəri Ermənistan “misli görünməmiş miqdarda silah, texnika və sursat” əldə edib.

“Ermənistan regionda hərbi balansın bərpasına yönəlmiş siyasətini davam etdirəcək”,-Paşinyan bildirib.

Jurnalistlər isə parlament kuluarlarında Paşinyanın hansı “misli görünməmiş” silahlardan danışdığını müdafiə nazirinin müavini Qabriel Balayandan soruşublar. O deyib ki, alınan silahların siyahısını açıqlaya bilməz, çünki hərbi sirrdir. Bununla belə Balayan Ermənistanın son iki ildə “intensiv şəkildə yeni, müasir silahlar aldığını” deyib.

“Bundan əlavə, artıq məlumdur ki, təyyarələr (Su-30SM) gətirilmək üzrədir. Qalanları hərbi sirrdir”,-o əlavə edib.

Xatırladaq ki, Rusiya güzəştli kredit hesabına Ermənistana 4 Su-30SM qırıcısı satıb, həmin təyyarələrin yaxın aylarda təhvil veriləcəyi gözlənilir. O ki, qaldı “misli görünməmiş miqdarda” silahlara, Ermənistanın həmin silahları hansı imkanlarla aldığı müəyyən deyil. Çünki büdcə imkanları məhduddur və Paşinyanın bəhs etdiyi 28 faizlik artım hesabına ancaq məhdud sayda silah, texnika almaq olardı...(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam