Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Bakıda Tofiq Yaqublunun azad edilməsi tələbilə etiraz:Saxlananlar var+FOTOLAR

 

Bakıda həbsdə olan müxalifət lideri Tofiq Yaqublunun azad edilməsi tələbilə aksiya keçirilir.

Yenixeber.org: Hadisə yerində olan müxbirimiz bildirir ki, Tofiq Yaqublunun qızı Nigar Həzi, fəallar Rəbiyyə Məmmədova, Fatimə Mövlanlı, Gülnarə Mehdiyeva, Vəfa Nağı və bir neçə nəfər başqa qadın və kişi də daxil olmaqla, təxminən ondan çox şəxs saxlanıb.

"Zor tətbiq edilir", müxbirimiz qeyd edib.

Jurnalistlərə müsahibə verən sıravi vətəndaşları da uzaqlaşdırırlar, müxbirimiz deyir.

 

Azərbaycan prospekti qismən bağlanıb.

"Tofiq bəyə azadlıq!" şüarları səsləndirilir.

Bir nəfər NİDA-çı saxlanıb, hadisə yerində olan müxbirimiz bildirib.

 

Müxbirimiz xəbər verir ki, Konstitusiya Məhkəməsinin önündə başlamalı olan aksiyadan təxminən bir saat əvvəl hadisə yerində polislər, mülki geyimlilər, zirehli maşınlar və polis maşınları gözə dəyib.

Bundan başqa, Sabir bağı boşaldılıb, insanların parkda oturmasına icazə verilməyib. Polis bunu "dövlət tədbirinin keçirilməsi ilə əlaqədar rəhbərliyin əmri" kimi izah edib.

Tofiq Yaqublu 8 gündür ki, haqqında 4 il 3 ay həbs cəzası qərarı verilən məhkəmə prosesindən sonra, aclıq aksiyası edir.

 

Qərar barədə apellyasiya şikayəti verilib.

O xuliqanlıqda ittiham olunub. Tofiq Yaqublu ittihamları rədd edib.

 

Bir sıra hüquq müdafiəçiləri azərbaycanlı fəalın həbsini müxalifətə qarşı yönələn növbəti təzyiq kimi dəyərləndiriblər.

Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam