Redaktor seçimi
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
Günün xəbəri

Tofiq Yaqublu həbsxanaya qaytarıldı

 

Qızı Nərgiz Yaqublunun yas mərasimində iştirak etməsi üçün müvvəqəti azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu artıq həbsxanaya qaytarılıb.

"Xeberinfo.com":  Partiya başqanının müavini Elman Fəttah "Report"a açıqlamasında deyib ki, Tofiq Yaqubluya verilən yeddi günlük azadlıq müddəti bu gün bitib: "Müddət tamam olduğundan onu həbsxanaya yola saldıq".

Bildirilir ki, T.Yaqublunu yaxınları, partiya və döyüş dostları yola salıblar.

Xatırladaq ki, Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bir neçə gün öncə Rusiyanın Tomsk şəhərində xəstəxanaların birində dünyasını dəyişib. O, Bakının Qaraçuxur qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

Onu da qeyd edək ki, T.Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən hadisələr zamanı həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

***

11:44

Qızı Nərgiz Yaqublunun ölümü ilə əlaqədar müvəqqəti 7 günlük azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bu gün həbsxanaya qayıdacaq.

Bu barədə lent.az-a T. Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, T. Yaqublu günorta saat 1-2 radələrində həbsxanaya geri dönəcək.

Bu ay imzalanacağı gözlənilən əfv sərəncamının T. Yaqubluya şamil olunub-olunmayacağı haqqında vəkil məlumatlı olmadığını deyib: "Amma qızı Nərgiz Yaqublunun gənc yaşda vəfatından sonra İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun və digər təşkilatların prezidentə müraciətlərini nəzərə alsaq, T. Yaqublunun tezliklə əfv olunacağına ümid edirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam